Yaşıl çay kişilərdə beynin effektivliyini artırır

Adi yaşıl çay kişilərdə yaddaşın keyfiyyətini və qavrama qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilir. Tədqiqatçılar fiziki cəhətdən sağlam olan 12 könüllünün iştirakı ilə çayı sınaqdan keçiriblər. Onlar kişiləri iki qrupa ayırıblar. Birinci qrup yaşıl çay ekstraktından hazırlanmış maye içib, ikinci isə kontrolqrup kimi çıxış edib. Təcrübədə istifadə olunan ekstrakt 1-2 fincan çaya bərabər olub.

Daha sonra iştirakçılar maqnit-rezonans tomoqrafiyasından keçiriblər. Kişilər şifahi test tapşırıqlarını yerinə yetirdikləri anda onların beyinlərinin analizi aparılıb. İkinci qrupla müqayisədə birinci qrupda beynin fəallığının artığı müşahidə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31