Məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Bilik” kuboku və məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatına hazırlıq çərçivəsində görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə məlumat verilib ki, Təhsil Nazirliyi və İntellektual Klublar Assosiasiyasının birgə təşəbbüsü ilə 2013-cü ildən reallaşdırılan “Breyn-rinq” layihəsi bu il də həyata keçiriləcək. “Bilik” kuboku və məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatının televiziya çəkilişləri sentyabrın 1-dən 4-dək aparılacaq. Tədbirdə çempionata hazırlıqla əlaqədar məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar da verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) "Bilik" kuboku və məktəblilər arasında "Breyn-rinq" üzrə Azərbaycan çempionatına hazırlıq çərçivəsində görüş keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə məlumat verilib ki, Təhsil Nazirliyi və İntellektual Klublar Assosiasiyasının birgə təşəbbüsü ilə 2013-cü ildən reallaşdırılan "Breyn-rinq" layihəsi bu il də həyata keçiriləcək. "Bilik" kuboku və məktəblilər arasında "Breyn-rinq" üzrə Azərbaycan çempionatının televiziya çəkilişləri sentyabrın 1-dən 4-dək aparılacaq. Tədbirdə çempionata hazırlıqla əlaqədar məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar da verilib.

Qeyd edək ki, "Bilik" kuboku və məktəblilər arasında "Breyn-rinq" üzrə Azərbaycan çempionatının əsas məqsədi gənclər arasında intellektual hərəkatı inkişaf etdirmək, gənc nəslin biliyini genişləndirməkdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31