Sosial

Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilir

18 Avqust 2017 14:47

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində keçirilən seminar-treninqlər davam edir.

Quduzluğun ƏLAMƏTLƏRİ bunlardır – EHTİYATLI OLUN

18 Avqust 2017 14:32

Son günlər sahibsiz itlərin sayının çoxalması və onların minlərlə insanı dişləməsi quduzluq xəstəliyinin artma ehtimalını da gündəmə gətirdi. Ötən gün it dişləməsi nəticəsində 5 yaşlı qızın həyatını itirməsi isə insanlarda daha çox təlaşa səbəb oldu.

"Bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb"

18 Avqust 2017 14:29

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb.  Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ingilis dili, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat üzrə namizədlərin sayı çox, nəticələri daha yüksək olduğundan vakansiya seçimi mərhələsində çox bal yığanlar yer tutmaq hüququ əldə edib. 

İslam həmrəyliyinin təbliğində kitabxanaların rolundan danışlıb

18 Avqust 2017 14:24

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və  Quba rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində kitabxanaların rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın DQİDK-ya istinadən verdiyi xəbərə görə. tədbiri giriş sözü ilə açan bölmə müdiri Zəminə İsgəndərova bildirib ki, cari ildə “İslam Həmrəyliyi İli” ilə əlaqədar olaraq rayon kitabxanalarında xeyli sayda tədbir keçirilib. Bu il, eyni zamanda, oxucuların İslam dininin mahiyyətini düzgün aşılayan ədəbiyyatlarla da təminatı həyata keçirilib.

Sevgilisiylə birlikdə atasını bıçaqlayan qız ailəli olubmuş - YENİLƏNDİ - VİDEO

18 Avqust 2017 14:07

Göygöl rayonunda bıçaqlanma faktı qeydə alınıb. Çaykənd kənd sakini 49 yaşlı Budaq Abdullayev döş qəfəsinin və qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

Astarada sosial-iqtisadi maarifləndirmə proqramı

18 Avqust 2017 13:57

Bilik Fondunun “Sosial-iqtisadi maarifləndirmə” Proqramı üzrə Astara Rayon İcra Hakimiyyəti və Astara Bilik Evinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Görüşdə yerli ziyalılar, sahibkarlar, din xadimləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Yol polisi avtomobillərə dəyişiklik edilməsi ilə bağlı müraciət etdi - 15 min sürücü cərimənələnib

18 Avqust 2017 13:54

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, son vaxtlar bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrində istehsalçı avtomobil zavodları tərəfindən istehsal olunan minik avtomobillərində nəzərdə tutulmayan əlavə avadanlıqların qurulması və yaxud nəqliyyat vasitələrinin qanunsuz avadanlıqlaşdırılması hallarına yol verilir.

İş adamının oğlu "Range Rover"lə qəzaya düşdü: ağır yaralı var

18 Avqust 2017 13:51

Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib. Sonu 009-la bitən qara rəngli "Range Rover" markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb. Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir.

"Barselonadakı terror aktı azərbaycanlı turistlərin Avropaya marağını azalda bilər"

18 Avqust 2017 13:42

Barselonada törədilmiş terror aktı azərbaycanlı turistlərin Avropaya marağını əhəmiyyətli dərəcədə azalda bilər. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, belə hal Fransadakı terror aktlarından sonra da qeydə alınmışdı: "İspaniya azərbaycanlı turistlər arasında ən populyar istiqamətlərdəndir. Bu ölkəyə gələn hər bir kəs isə Barselonada olmağı arzu edir. Turizm mövsümü sona yaxınlaşsa da, fikirləşirəm ki, bu terror aktı nəinki İspaniyaya, bütün Avropaya marağı azaldacaq".

Yol polisi fərqli ampluada - Bu dəfə soyğunçunu tutdular

18 Avqust 2017 13:37

Sumqayıtda yol patrul xidmətinin əməkdaşları qadının çantasını soyğunçuluq yolu ilə alan şəxsi hadisə yerində bir neçə yüz metr kənarda saxlayıb. DİN-dən  verilən məlumata görə, ictimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməllər törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.

Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi: İlin sonuna kimi bütün sahibsiz itlər zərərsiz hala gətiriləcək

18 Avqust 2017 13:29

"Bu ilin sonuna kimi Bakıda bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək. Hazırda bu istiqamətdə işlər görülür. İnsanlar yenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz olacaqlar”. Bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov deyib. 

Sabah 37 dərəcə isti olacaq

18 Avqust 2017 13:09

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək.

“Qırmızı kitab” – a daxil edilmiş şahinlər sosial şəbəkədə satışa çıxarıldı

18 Avqust 2017 13:05

Sosial şəbəkədə şahin quşlarının satılması barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. “Olaylar” bildirir ki, araşdırma zamanı “Qırmızı Kitab”- a daxil edilmiş üç şahin quşunun Bakı şəhər sakini Telman Zöhrabov tərəfindən təbiətdən qanunsuz götürülərək ona məxsus bağ evində saxlanıldığı və quşların təbii mühitdən götürülməsi, saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub. Faktla bağlı T.Zöhrabov barəsində protokol tərtib olunub və o inzibati qaydada 500 manat məbləğində cərimə edilib. 

İnşası başa çatmayan evləri də qeydiyyata almaq mümkündür

18 Avqust 2017 12:42

Son illər ölkəmizdə həyata keçirilən uğurlu, genişmiqyaslı islahatlar və mövcud qanunvericiliyin təkmilləşdirilməsi iqtisadiyyatın digər sahələri ilə yanaşı, daşınmaz əmlak bazarının və inşaat sektorunun da inkişafına təkan verib. Bu inkişafın göstəricilərindən biri də respublika ərazisində tikinti işlərinin, o cümlədən çoxmənzilli binaların inşasının geniş vüsət almasıdır. Maraqlıdır, belə bir şəraitdə ikilməyən, inşası başa çatmayan evləri qeydiyyata almaq mümkündürmü?