İslam həmrəyliyinin təbliğində kitabxanaların rolundan danışlıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və  Quba rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində kitabxanaların rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın DQİDK-ya istinadən verdiyi xəbərə görə. tədbiri giriş sözü ilə açan bölmə müdiri Zəminə İsgəndərova bildirib ki, cari ildə “İslam Həmrəyliyi İli” ilə əlaqədar olaraq rayon kitabxanalarında xeyli sayda tədbir keçirilib. Bu il, eyni zamanda, oxucuların İslam dininin mahiyyətini düzgün aşılayan ədəbiyyatlarla da təminatı həyata keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və  Quba rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə "İslam həmrəyliyinin təbliğində kitabxanaların rolu" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın DQİDK-ya istinadən verdiyi xəbərə görə. tədbiri giriş sözü ilə açan bölmə müdiri Zəminə İsgəndərova bildirib ki, cari ildə "İslam Həmrəyliyi İli" ilə əlaqədar olaraq rayon kitabxanalarında xeyli sayda tədbir keçirilib. Bu il, eyni zamanda, oxucuların İslam dininin mahiyyətini düzgün aşılayan ədəbiyyatlarla da təminatı həyata keçirilib.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, uzun illər ölkəmizdə mövcud olan ənənəvi İslam dininə qarşı zaman-zaman təhdidlər olub. Lakin Azərbaycan xalqının həmrəyliyə və adət-ənənəyə olan sevgisi heç bir zaman əksilməyib və nəticə etibarı ilə bu günümüzə qədər İslam dininin ənənəviliyini və əsl mahiyyətini qoruyub saxlaya bilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, DQİDK-nın razılığı ilə çap olunmuş dini ədəbiyyat kitabxana əməkdaşlarına hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31