Astarada sosial-iqtisadi maarifləndirmə proqramı

Bilik Fondunun “Sosial-iqtisadi maarifləndirmə” Proqramı üzrə Astara Rayon İcra Hakimiyyəti və Astara Bilik Evinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Görüşdə yerli ziyalılar, sahibkarlar, din xadimləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Bilik Fondunun "Sosial-iqtisadi maarifləndirmə" Proqramı üzrə Astara Rayon İcra Hakimiyyəti və Astara Bilik Evinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Görüşdə yerli ziyalılar, sahibkarlar, din xadimləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. "Olaylar" bildirir ki, mərkəzlə tanışlıqdan sonra tədbiri giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Astara Bilik Evinin direktoru Yasəmən Rəsulova son illər ölkədə aparılan sosial-iqtisadi islahatlar, Bilik Fondunun bu istiqamətdə həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib. İqtisad Universitetinin professoru Rasim Nəbiyev iştirakçılara "Müstəqillik illərində Azərbaycan dövlətinin investisiya siyasəti: strateji yol xəritəsi kontekstində" mövzusunda mühazirə deyib. Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla "Heydər Əliyev islam həmrəyliyi ideyasının banisidir" mövzusunda dediyi məruzədə islamda həmrəyliyin və vəhdətin əhəmiyyətindən danışıb, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan islam həmrəyliyi ideyasının rolunu xüsusilə diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31