Fikir və söz azadlığı demokratiyanın mühüm göstəricisidir

Söz və fikir azadlığı dünyanın hər bir ölkəsində ən vacib məsələlərdən biridir. Kimisə buna daha çox dəyər verərək fikir və söz azadlığını inkişaf etdirir, kimi də ona maneə, problem yaradır. Xüsusilə demokratiya yoluna təzə qədəm qoymuş və yaxud qeyri-demokratik ölkələrdə bu problem əsas müzakirə mövzularından biri olaraq, qalmaqdadır. İnsanın öz fikirlərini azad şəkildə ifadə etməsi onun ən doğal haqqıdır. Ancaq  təəssüflər olsun ki, günümüzdə əksər ölkələrdə, hətta inkişaf etmiş dövlətlərdə belə insanlara bu haqq verilmir və ya bu haqqa dözümsüz münasibət bəsləyirlər. Öz fikrini azad şəkildə ifadə edən insanlar, xüsusilə, jurnalistlər müxtəlif təzyiqlərə, təqiblərə məruz qalır. Bəzi dövlətlər tərəfindən mətbuat orqanlarına senzura tətbiq edilir və yaxud müxtəlif yollarla onların fəaliyyətinə süni əngəllər yaradılır. Bundan ən çox əziyyət çəkən isə bütün cəmiyyət, xüsusən də onun fikir adamlarıdır. Axı hər bir ziyalı üçün fikirlərinin məhdudlaşdırılmasından daha böyük təhqir ola bilməz.

Söz və fikir azadlığı dünyanın hər bir ölkəsində ən vacib məsələlərdən biridir. Kimisə buna daha çox dəyər verərək fikir və söz azadlığını inkişaf etdirir, kimi də ona maneə, problem yaradır. Xüsusilə demokratiya yoluna təzə qədəm qoymuş və yaxud qeyri-demokratik ölkələrdə bu problem əsas müzakirə mövzularından biri olaraq, qalmaqdadır. İnsanın öz fikirlərini azad şəkildə ifadə etməsi onun ən doğal haqqıdır. Ancaq  təəssüflər olsun ki, günümüzdə əksər ölkələrdə, hətta inkişaf etmiş dövlətlərdə belə insanlara bu haqq verilmir və ya bu haqqa dözümsüz münasibət bəsləyirlər. Öz fikrini azad şəkildə ifadə edən insanlar, xüsusilə, jurnalistlər müxtəlif təzyiqlərə, təqiblərə məruz qalır. Bəzi dövlətlər tərəfindən mətbuat orqanlarına senzura tətbiq edilir və yaxud müxtəlif yollarla onların fəaliyyətinə süni əngəllər yaradılır. Bundan ən çox əziyyət çəkən isə bütün cəmiyyət, xüsusən də onun fikir adamlarıdır. Axı hər bir ziyalı üçün fikirlərinin məhdudlaşdırılmasından daha böyük təhqir ola bilməz.

Tarixə nəzər salsaq senzuranın qədimlərə gedib çıxdığının şahidi olarıq. Məlumat üçün qeyd edək ki, günümüzdə, müasir dövrdə qəzetlərə, jurnallara, kitablara və müxtəlif nəşrlərə, ümumilikdə kütləvi informasiya vasitələrinə  tətbiq edilən senzuraya ilk dəfə hələ  17-ci əsrdə, İngiltərədə rast gəlinib. Qeyd etmək yerinə düşər ki, senzura sözünün mənası latıncadan tərcümədə "dövlət nəzarəti" deməkdir. 
1637-ci ildə İngiltərədə çap işi geniş vüsət alır və bir çox müəlliflər öz fikirlərini azad şəkildə ifadə etməyə başlayırlar. Təbii ki, bu, demokratiyanın ən mühüm elementlərindən biri idi. Ölkə öz yüksəliş dövrünə qədəm qoymuşdu. İngiltərədə mövcud olan azadlıqlar həmin vaxt heç bir dövlətdə yox idi və  bu,  ingilis fikir adamlarının ən böyük qürur mənbəyi idi.
Bundan narahat olan kral hakimiyyəti senzuranın tətbiq edilməsi haqqında fərman verdi. Bu qanuna riayət etməyənləri sərt cəzalar gözləyirdi. Cəzaya ilk məruz qalan müəllif  Uilyam Prinn oldu. O, öz kitabında kraliçaya şər atmaqda günahlandırıldı, buna görə də qulaqları kəsildi və ömürlük həbs cəzasına məhkum edildi.
Söz və fikir azadlığının ilk ən fəal müdafiəçisi  "İtirilmiş cənnət" poemasının müəllifi, məşhur ingilis şairi Con Milton senzura qərarı əleyhinə qəti mübarizəyə başladı. 
"Mənə hər cür azadlıqlardan daha öncə bilmək, danışmaq və öz məsləkimə uyğun olaraq sərbəst fikir yürütmək azadlığı verin" deyə  Milton yazırdı. O, əsərlərində kral hakimiyyətinin qondarma qanunlarına qarşı çıxdı. Sonda Miltonun səyləri öz nəticəsini verdi - senzura aradan götürüldü. Amma bütün bunlar müvəqqəti xarakter daşıyırdı. Bir müddət sonra kral hakimiyyəti senzuranı yenidən bərpa etdi. Ümumiyyətlə, İngiltərədə senzura 1648-ci il Böyük Burjua İnqilabınadək gah tətbiq edilir, gah da fikir adamlarının təzyiqləri nəticəsində ləğv olunurdu. Yeri gəlmişkən, bu inqilabın baş verməsində azad mətbuat əhəmiyyətli rol oynadı.
Fransa kralı 16-cı Lüdovik həbsxanada Volterin və Russonun əsərlərini oxuduqdan sonra "Fransanı-Burbonlar sülaləsini -bu iki adam dağıtdı" demişdi. Ona qul kimi sitayiş edən xalqın indi ondan üz döndərməsini heç cür həzm edə bilməyən Lüdovik üçün həbsxananın bir küncündə taleyinin necə həll ediləcəyini gözləməkdən daha acınacaqlı heç nə ola bilməzdi, amma artıq hər şey gec idi. Volterin və Russonun əsərləri - azad söz qalib gəlmişdi.
Öz əsərləri ilə əsrlərdən bəri Fransaya qan udduran Burbonlar sülaləsinə, riyakar kilsə hakimiyyətinə, xurafata, cahilliyə qalib gəlmiş Frans Arue Volter 18-ci əsr Fransa inqilabı ərəfəsində yaşayıb yaratmış ən məşhur filosof, yazıçılardan biridir. Məşhur "Fəlsəfi hekayətlər" kitabının müəllifi Uill Dürant Volteri belə səciyyələndirir: "İtaliya öz renessansına, Almaniya öz reformasiyasına, fransa isə öz Volterinə malik idi. O, öz ölkəsi üçün həm renessans, həm reformasiya, həm də inqilabın yarısı idi. Volterin öz zəmanəsi ilə döyüşməyə vaxtı vardı. O, bu döyüşü uddu və ömrünü bir fateh olaraq başa vurdu"
Yəqin ki, indiyədək heç bir fikir adamı öz xalqı üçün Volterin fransız xalqına etdiyi yaxşılığın yarısını belə edə bilməyib. Onun əsərləri o zamanki dövr üçün fantastik bir rəqəmlə - 300 min tirajla çap olunurdu.
"Burbonlar özlərini qoruyub saxlaya bilərdilər, əgər onlar oxunan materialı öz nəzarəti altında saxlaya bilsəydilər. O zaman ki, millət düşünməyə başlayır, artıq onu dayandırmaq qeyri-mümkündür" - bunu sonralar Napoleon deyəcəkdi. 
Volterin ömrü təzyiqlərlə, təqiblərlə müşaiyət olunub. Dəfələrlə həbsə atılıb, sürgün edilib. Demək olar ki, hər yeni əsəri qadağalara məruz qalırdı. Amma onun əsərləri gizli yollarla çap edilir, yayılırdı. Ömrünün 3 ilini İngiltərədə sürgündə keçirən Volter burada insanların malik olduğu siyasi azadlığın genişliyindən riqqətə gəlmişdi. Əfv olunub ölkəsinə qayıtdıqdan sonra "İngiltərədən məktublar" əsəri çap olundu. Əsər bütün Fransanı dəhşətə saldı. Kral,  kilsə xadimləri ona qarşı çıxdı. Volter yenidən ölkəni tərk etmək məcburiyyətində qaldı.
Tarixə alman xalqının ən maarifpərvər imperatoru kimi Fridrixin Volterə böyük simpatiyası vardı. O, Volteri ölkəsinə dəvət etdi ki, alman xalqının maariflənməsinə yardım göstərsin. Volter xeyli müddət Almaniyada yaşadı və alman xalqının maariflənməsində yaxından iştirak etdi.
Amma vaxt gəldi ki, azad söz üstündə Volterlə Fridrixlə arasında ixtilaf yaşandı. Volter Fridrixin sarayında fəaliyyət göstərən riyyaziyyatçı alimi tənqid edən əsər yazdı. Kral Volterə əsəri çap etməyə qadağa qoydu, amma əsər çap edildi və Volter sarayı tərk etdi. "Mənim sənətim düşündüyümü yazmaqdır" deyən Volter yaxınlarına məktubunda "mən də müəllifəm və krala əks düşərgədəyəm, mənim əlimdə olan isə hökmdar çubuğu deyil, qələmdir" yazmışdı. 
Volterin fransız xalqını cahilliyinə görə tənqid, hətta təhqir etməsinə rəğmən xalq onu sevdi və qorudu.
Avropa xalqlarının inkişafında mühüm rol oynayan Böyük Fransa burjua inqilabı əsrlərdən bəri hökmranlıq etmiş Kral taxt-tacını devirdi və fransız xalqının işıqlı gələcəyini təmin etdi, bu prosesdə azad mətbuatın və fikir, ifadə azadlığının mühüm rolu oldu.
Dünya düzənini dəyişdirən, onu yeni nizama salan İngiltərə və Fransa burjua inqilablarından gətirilən misallardan, həmçinin bu gün öz cəmiyyətinin inkişafı ilə fərqlənən ölkələrə nəzər saldığımız zaman aydın olur ki, cəmiyyətin inkişafında azad sözün, azad mətbuatın olması vacibdir, hətta əksər hallarda həlledicidir. 
Məhz buna görədir ki, qeyri-demokratik ölkələr bir qayda olaraq, azad sözün qarşısını alır, senzura tətbiq edir, min cür bəhanələrlə insanların fikirlərini sərbəst ifadə etməsinə qarşı çıxırlar.

Ancaq Azərbaycana nəzər yetirdikdə tamam fərqli bir situasiya ilə rastlaşırıq.  Bəzən qərəzli, heç bir əsası olmayan şəkildə iddia olunur ki, bu günki Azərbaycanın da ən ciddi problemlərindən biri və bəlkə də birincisi söz, fikir azadlığı ilə bağlıdır. Guya fərqli fikri, alternativ düşüncəni müdafiə edən, ortaya qoymağa çalışan qəzetlər, onların redaktorları və sıravi jurnalistləri, yazıçılar, şairlər müxtəlif  bəhanələrlə həbsə atılır, təzyiqlərə məruz qalır.  Bəzi müəyyən sifarişlərlə işləyən, fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarında isə iddia edilir ki, Azərbaycanda azad mətbuat yox səviyyəsindədir. Reallıq isə tamamilə fərqlidir. Bu gün Azərbaycanda söz və fikir, məlumat azadlığı tam mənası ilə qorunur, inkişaf etdirilir ki, bu istiqamətdə də ən ciddi və radikal addım 1998-ci ildə atılıb. Belə ki, ümummilli lider Heydər Əliyevin senzuranı ləğv etməsi ilə ölkədə azad fikir, söz və məlumat azadlığı üçün demək olar ki, yaşıl işıq yandırıldı. Çox keçmədən ümummilli lider Heydər Əliyev medianın. kütləvi informasiya vasitələrinin inkilşaf etdirilməsi istiqamətində daha bir mühüm addım atdı. Belə ki, ümummilli lider qəzetlərin uzun illərdən bəri Azərbaycan Nəşriyyatına yığlıb qalan borclarını dondurdu. Sonrakı mərhələdə isə həmin borclar ləğv edildi. Eyni zamanda qəzet çapı üçün nəzərdə tutulan kağızın ölkəyə gətirilməsinə tətbiq edilən vergilər azaldıldı. Tədricən ölkədəki kütləvi informasiya vasitələrinin durumu müsbətə doğru dəyişməyə başladı. Eyni zamanda dövlətin mediaya göstərdiyi diqqət və qayğıdan ruhlanan bir sıra media nümayəndələri müstəqil mətbu orqanlar təsis etməyə başladılar. Məhz ümummilli lider Heydər Əliyevin atmış olduğu bu kimi müsbət addımlar Azərbaycanda müstəqil media qurumlarının yaranması prosesinə təkan verdi. Günümüzdə Azərbaycanda azad söz, fikir və məlumat azadlığının təmin olunması məhz ümummilli lider Heydər Əliyevin  zamanında atmış olduğu həmin addımların nəticəsidir. Beləliklə,  Azərbaycan bir sıra sahələrdə olduğu kimi medianın inkişafı istiqamətində də  artıq regionun lider dövlətinə çevrilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31