Bakının daha bir parkında internet pulsuz oldu

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib. Bu barədə  telekommunikasiya bazarındakı mənbə məlumat verib. Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır.

"Bakı Telefon Rabitəsi" MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib. Bu barədə  telekommunikasiya bazarındakı mənbə məlumat verib. Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər, Sahil, Axundov, Sabir və Xaqani bağları daxildir. Yaxın zamanlarda pulsuz "Wi-Fi" "Dədə Qoqrud" parkında da işə salınacaq. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31