Jurnalistlər üçün təlim keçirilib
Avqustun 18-də Niderland Xarici İşlər Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Açıq Hökumət Tərəfdaşlığı Dialoq Platformasının (AHT Platforması) həyata keçirdiyi "Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev Azərbaycanda açıq hökumət tərəfdaşlığı və layihə çərçivəsində görülən işlər barədə məlumat verib. AHT Platformasının strategiyasının hazırlandığını nəzərə çatdıran Ə. Nuriyev açıq hökumət tərəfdaşlığı ilə bağlı AHT Platformasının təkliflər hazırladığını və yaxın iki həftə ərzində hökumətə təqdim ediləcəyini açıqlayıb. Bu təkliflər sırasında vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün əlavə şəraitin yaradılması, parlamentdə büdcə müzakirələrində vətəndaş cəmiyyəti üzvlərinin iştirakının təmin edilməsi də var.
18 Avqust 2017 15:54 Sosial"Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsi çərçivəsində
Avqustun 18-də Niderland Xarici İşlər Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Açıq Hökumət Tərəfdaşlığı Dialoq Platformasının (AHT Platforması) həyata keçirdiyi "Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev Azərbaycanda açıq hökumət tərəfdaşlığı və layihə çərçivəsində görülən işlər barədə məlumat verib. AHT Platformasının strategiyasının hazırlandığını nəzərə çatdıran Ə. Nuriyev açıq hökumət tərəfdaşlığı ilə bağlı AHT Platformasının təkliflər hazırladığını və yaxın iki həftə ərzində hökumətə təqdim ediləcəyini açıqlayıb. Bu təkliflər sırasında vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün əlavə şəraitin yaradılması, parlamentdə büdcə müzakirələrində vətəndaş cəmiyyəti üzvlərinin iştirakının təmin edilməsi də var.
Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi layihənin demokratik cəmiyyət quruculuğuna töhfə vermək niyyəti daşıdığını və Azərbaycanda bu sahədə görülən işləri təqdir etdiyini söyləyib. Niderland səfiri əlavə edib ki, Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələr siyasi sahədə yaxşı inkişaf edib. Eyni zamanda, Azərbaycanla Niderland arasında yaxşı diplomatik əlaqələr, enerji sahəsində əməkdaşlıq qurulub. O. Kerversi deyib ki, Azərbaycanla Niderland arasında diplomatik əlaqələrin 25 illiyidir: "Biz Azərbaycanla əlaqələri gücləndiririk. Azərbaycan çox gənc dövlətdir, bu ölkədə demokratiya, insan hüquqlarının təbliği, açıq hökumət tərəfdaşlığı ilə bağlı qanunlar qəbul edilib. Niderland da bu sahədə inkişafa yardım göstərmək niyyətindədir. Hazırda həyata keçirilən layihə də bu nümunələrdən biridir. Bu layihə insan hüquqlarının qorunması və qanunun aliliyinə yardım göstərəcək. Açıq hökumət, şəffaflıq açıq bazar iqtisadiyyatının, demokratik ölkənin qurulmasına yardımdır. Bu layihə Azərbaycan hökumətinin bu sahədə maraqlı olduğunu, tədbirlər həyata keçirdiyini göstərir. Biz çox şadıq ki, Azərbaycan h və Niderland hökumətləri vətəndaş cəmiyyəti və jurnalistlərlə əməkdaşlığa hazırdır. Media açıq hökumət tərəfdaşlığı barədə məlumatlı olmalı, bu barədə cəmiyyətə məlumatlar çatdırmalıdır".
Təlimdə "Açıq hökumət tərəfdaşlığı və yaxşı idarəetmə" mövzusunda çıxış edən layihənin koordinatoru Sabit Bağırov layihə çərçivəsində görülən və görüləcək işlərdən bəhs edib. S. Bağırov məqsədlərinin açıq hökumət tərəfdaşlığı fəlsəfəsini geniş yaymaq olduğunu qeyd edib və KİV-lərin bu sahədə rolunun önəmli olduğunu vurğulayıb. S. Bağırov "İctimai iştirakçılıq haqqında" qanuna uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai şuraların yaradılmasının müsbət irəliləyiş olduğunu da nəzərə çatdırıb.
Daha sonra "Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsinin eksperti Zaur İbrahimov "Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Strateji Planı: 2017-2020" barədə ətraflı məlumat verib.
Alim