Sosial

Məhz dövlətin qayğısı ilə mətbuat öz inkişafına nail olub

31 Avqust 2017 15:16

Mətbuatımızın yarandığı gündən bu günə qədərki, tarixinə, müasir inkişaf yoluna Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə birgə işıq tutmağa çalışdıq. İlk olaraq Məhəmməd bəy Azərbaycan mətbuatının yaranma tarixindən danışdı.

Rafiq Hüseynovun xanımı: “Vəziyyəti ağırdır, hazırda reanimasiyadadır”

31 Avqust 2017 15:05

Azərbaycan Televiziyasının aparıcısı, diktor və Xalq artisti Rafiq Hüseynov reanimasiyaya yerləşdirilib. Bu barədə müalicə üçün Türkiyəyə gedən aparıcının xanımı Səbinə Hüseynova məlumat verib: “Ümid edirdik ki, reanimasiyadan bu gün çıxardarlar, amma həkimlər icazə vermədi. Yəqin ki, hələ bir neçə gün də reanimasiyada qalacaq. Burda həkimlər hər gün yoldaşımın gecədən səhərə qədər olan vəziyyətini yoxlayırlar. Bu qeydlərə əsasən də onu reanimasiyadan çıxarıb çıxartmamağa qərar verirlər. Həkimlər deyir ki, vəziyyəti yaxşı deyil. Lakin ümid edirəm ki, sabaha öz otağına qaldırarlar”.

Binəqədi gəncləri şəhid ailələrini ziyarət ediblər

31 Avqust 2017 15:03

Binəqədidə gənclər Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər. Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə,  RİH Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi qəsəbə bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Mətanət Nəsibova, YAP Binəqədi Rayon Təşkilatının əməkdaşları Rahil Şükürov, Natiq İsmayılov və ASAN könüllüləri Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrinin evlərinə gediblər.

“ORBİTA” Ticarət Mərkəzi müştəriləri necə aldadır?

31 Avqust 2017 15:01

Paytaxt Bakıda fəaliyyət göstərən “ORBİTA" Ticarət Mərkəzinin qeyri-qanuni əməlləri barədə  "Azad İstehlakçılar" İctimai Birliyinə müraciət daxil olub. AİB sədri Eyub Hüseynov bildirib ki, daxil olan şikayəti danışıq yolu ilə həll etməyə çalışsa da müsbət nəticə əldə olunmayıb. Nəticədə şikayət ərizəsi ilə bağlı İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin rəisi Zahid İsayevə və vergilər naziri Fazil Məmmədova rəsmi məktub göndərilib. Şikayət ərizəsi Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, məhəllə1160, ev17, mənzil 237 ünvanında yaşayan Xəlilova Aytac tərəfindən ünvanlanıb.

Bakıda 300-dən artıq sürücü cərimə meydançasına aparıldı

31 Avqust 2017 14:42

Bakıda törətdiyi yol xətasına görə yazılmış cəriməni təyin edilmiş müddətdə ödəməyən 300-dən artıq sürücünün cəriməni ödəməsi təmin edilib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Cari ildə 71 yeni məktəb tikilib

31 Avqust 2017 14:33

Bu il Azərbaycanda yeni inşa edilən məktəblərin sayı açıqlanıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, bütün mənbələr hesabına bu il 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəzlənməsi nəzərdə tutulur. İl ərzində 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib.3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

Nazirlik 4 mindən çox vakansiya elan etdi

31 Avqust 2017 14:29

Müəllimlərin işə qəbulunun əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq. Bunu Təhsil Nazirliyi ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu mərhələyə 7 sentyabrdan start veriləcək: “Ayın 7-8-də seçimlər olacaq. Sonrakı bir neçə gün ərzində nəticələr bilinəcək”.

Azərbaycan sosial dövlət olaraq inkişaf edir

31 Avqust 2017 14:13

Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vurmağımızı şərtləndirmişdir. Bu modelin təməl prinsiplərini ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir.

Zorakılıq, qətl və intihar

31 Avqust 2017 14:11

“Qadın Liderliyi Uğrunda” İB-nin sədri Ülkər Abdullayeva bildirib ki, qadınlara qarşı məişət zorakılığı, qız uşaqlarının zorlanması, öldürülməsi, intihara sürüklənməsi kimi neqativ hallar  həyəcan təbili çalmağa vadar edib. Bu sosial bəlaların qarşısını almaq üçün effektiv iş aparmağa ehtiyac var: “Bizim heç birimiz bu bəlalardan sığortalanmamışıq. Bu cəmiyyətdə bizim uşaqlarımız, qızlarımız böyüyür.

Ana bətnində öldürülən gələcək

31 Avqust 2017 14:09

Son zamanlar aborta gedənlər arasında məktəbyaşlı qızların olması barədə məlumatlara tez-tez rast gəlinir. Mütəxəssislər belə halların baş verməsini müxtəlif səbəblərlə izah etsələr də, ümumi fikir ondan ibarətdir ki, bu məslədə əsas məsuliyyət valideynin üzərinə düşür. Odur ki,  valideynlər, azyaşlı qızlar özləri bu addımların uğursuz olduğunu dərk etməlidirlər.

Stress çarxındakı görünməyən təhlükə

31 Avqust 2017 14:04

Tarixən bir mənfi tendensiya müşahidə edilməkdədir. Ayrı-ayrı dövlətlər elm və texnologiya, yeni-yeni “icadlar”ın köməkliyi ilə hədəf və marağında olan ölkələri təsir altına salır, istehsal etdiyi m al və məhsulları o ölkələrə ixrac etmək, daha dəqiq desək sıramaqla onların beyinlərini korlayır, yetişməkdə olan gınc nəsli manqurtlaşdırır. Gah asudə vaxtın səmərəli təşkili, gah əqli zehnin inkişafı, gah da digər bir iddia ilə icad olunan və sürətli şəkildə dünya ölkələri, xüsusilə hədəf dövlətlərə ixrac edilən həmin məhsullar əslində qeyd edilən müsbət elementlərin heç birinə malik deyil.

Qohum nikahları...

31 Avqust 2017 14:02

Son illərdə müşahidə edilən mənfi tendensiyalardan biri də qohum nikahlardan yaranan problemlərdir.  Belə ki, bir çox hallarda qohum nikahlar nəticəsində dünyaya gələn uşaqda fiziki qüsurlar, əqli çatışmamazlıqlar müşahidə edilir. Elə ona görə də bir sıra hallarda qohum nikahları məqbul hesab edilmir.

Fəlsəfə İnstitutunun direktoru: "Həbs edilən Xaliq Əhmədzadə heç vaxt şöbə müdiri olmayıb"

31 Avqust 2017 13:59

Bir neçə gün əvvəl AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib.

"Livanda yol qəzasında ölən azərbaycanlı idmançının anası Beyruta gələcək"

31 Avqust 2017 13:57

Azərbaycanlı idmançı Xəzər Əliyevin Livanın paytaxtı Beyrutda yol qəzasında ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.  Xəzər Əliyevin hazırda Beyrutda olan dostu açıqlamasında bildirib ki, idmançı Beyruta istirahət məqsədilə səfər edib. X.Əliyev gecə saatlarında dostları ilə birgə klubda əyləniblər. Səhərə yaxın taksi ilə qaldıqları ünvana qayıdarkən sürücü ilə mübahisələri düşüb.

Deputat: Regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra olunur

31 Avqust 2017 13:54

“Ölkəmizdə 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra olunmaqdadır”. Bu fikri Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov  deyib. R.Məmmədhəsənov bildirib ki, bu proqramlar bölgələrdə  işsizlik probleminin aradan qaldırılması yönündə də əhəmiyyətlidir.