“ORBİTA” Ticarət Mərkəzi müştəriləri necə aldadır?
Paytaxt Bakıda fəaliyyət göstərən “ORBİTA" Ticarət Mərkəzinin qeyri-qanuni əməlləri barədə "Azad İstehlakçılar" İctimai Birliyinə müraciət daxil olub. AİB sədri Eyub Hüseynov bildirib ki, daxil olan şikayəti danışıq yolu ilə həll etməyə çalışsa da müsbət nəticə əldə olunmayıb. Nəticədə şikayət ərizəsi ilə bağlı İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin rəisi Zahid İsayevə və vergilər naziri Fazil Məmmədova rəsmi məktub göndərilib. Şikayət ərizəsi Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, məhəllə1160, ev17, mənzil 237 ünvanında yaşayan Xəlilova Aytac tərəfindən ünvanlanıb.
31 Avqust 2017 15:01 SosialTicarət Mərkəzindən alış-veriş edən Bakı sakinindən şok açıqlama
Paytaxt Bakıda fəaliyyət göstərən "ORBİTA" Ticarət Mərkəzinin qeyri-qanuni əməlləri barədə "Azad İstehlakçılar" İctimai Birliyinə müraciət daxil olub. AİB sədri Eyyub Hüseynov bildirib ki, daxil olan şikayəti danışıq yolu ilə həll etməyə çalışsa da müsbət nəticə əldə olunmayıb. Nəticədə şikayət ərizəsi ilə bağlı İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin rəisi Zahid İsayevə və vergilər naziri Fazil Məmmədova rəsmi məktub göndərilib. Şikayət ərizəsi Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, məhəllə1160, ev17, mənzil 237 ünvanında yaşayan Xəlilova Aytac tərəfindən ünvanlanıb. Ərizədə bildirilir ki, A.Xəlilova 21.07.2017-ci il tarixində anası və nənəsi ilə Q.Qarayev prospekti 53 ünvanında yerləşən 'ORBİTA' Ticarət Mərkəzinin mebel mağazasına gedərək salondakı nümunəvi mebelə uyğun mebel sifariş verib: "Mebelin rənginə uyğun olaraq mərmər də seçdik. Bizdən beh olaraq satıcı Fərid 1000 manat aldı və heç bir müqavilə və qəbz verilmədi. Mebellə mərmərin ümumi dəyəri 2600 manat idi. 12 avqust tarixində mebelin hazır olduğunu deyərək gətirib quraşdırdılar. Həmin gün mən orada olmadığımdan nənəmin sadəlövlüyündən istifadə edərək iş tam hazır olmadan ondan bütün məbləği aldılar və qəbz vermədilər.Əslində isə mebeli çəkəcəkləri və mərməri hazır olmadan, qüsurlu halda quraşdırıblar. Mən bütün bu hadisələri biləndən sonra mebeli bizə satan Fəridlə (0553595055) əlaqə saxladım və mebelin hazır olmadığını, qüsurların çox olduğunu dedim. O isə cavabında "bu mənim problemim deyil, qüsurları mebel ustasına çatdırın" dedi. Mən mebel ustası Arif (0773201077) ilə əlaqə saxladım və ona da vəziyyəti anlatdım. O, da "hal-hazırda vaxtım yoxdur, digər mebellərin yığılması ilə məşğulam, vaxtım olanda sizə deyərəm" dedi". A. Xəlilova bildirib ki,19 avqust tarixində yenidən onunla əlaqə saxlayaraq mərmərin hazır olduğunu və gətirib təhvil verəcəklərini bildiriblər: "Deyilən tarixdə biz də Səbail rayonu, Yeni Səlyan yolu16 ünvanında yerləşən mənzilə getdik. Mərməri yığarkən gördük ki, rəngi biz seçdiyimiz rənglə eyni deyil, tam fərqlidir. Mərməri gətirənlərə etiraz etdik ki, biz bu rəngi seçməmişdik. Onlar isə bildirdilər ki, "bizim bu işdən xəbərimiz yoxdur, biz sadəcə deyilən ünvana gəlib mərməri yığırıq". Dərhal mərmərin rəngini sifariş verdiyimiz satıcı Fəridlə əlaqə saxladım və göndərilən mərmərin bizim seçdiyimiz rənglə eyni olmadığını dedim. O, isə yenə mənə "elə sey ola bilməz" söylədi. Mən də gətirilən mərmərdən bir parça götürərək sifariş verdiyim ünvana getdim. Mənim gələcəyimdən xəbərdar olan Fərid iş yerindən qaçıb getmişdi. Ona görə, mərmərin şəklini çəkib ona göndərdim. O, isə cavabında "Aytac xanım, siz düz deyirsiz, bu seçdiyiniz rənglə eyni deyil. Amma narahat olmayın, seçdiyiniz rənglə dəyişdirəcəm" dedi. Daha sonra mənimlə əlaqə saxlayaraq dedi ki, sabah gələrsiz mərməri hazırlayan sexin işçisi ilə danışarıq. Səhərisi gün (20 avqust) həmin ünvana gedərək mərmər parçasını onlara verdim. Onlar isə "bizdə siz seçdiyiniz rəng yoxdu, bu bizim problemimiz deyil, mərmər kataloqunda seçdiyiniz rəng 5 ilin rəngidir, mərmərin rənginin dəyişməsini istəyirsizsə pulunu verərsiz yeni rəng verərik" dedilər. Mən Fəridə iradımı bildirəndə dedi ki, "dəyişmirəm, ürəyim belə istəyir". Mən ona hüquqlarımın qorunması üçün aidiyyatı orqanlara müraciət edəciyimi və mənə qəbz vermədiyini, vergidən yayındığını, heç bir müqavilənin imzalanmadığını əsas gətirərək şikayət edəcəyimi söylədim. O isə "bizim hər yerdə adamımız var, mənə heç kim bata bilməz, get kimə istəyirsən şikayət et" deyərək hədələdi". Qeyd edək ki, A.Xəlilova mərmər üçün verilən 820 AZN -nin geri qaytarılmasını və mebeldə olan qüsurların aradan qaldırılmasını tələb edir: "Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz və bu barədə müvafiq dövlət orqanlarına, eləcə də KİV-ə məlumat verəsiniz".
Nurlan