Monteneqro türklərə viza tətbiq etdi, Türkiyə də cavab addımı atdı
13:14 SiyasətTürkiyədə Monteneqronun ümumvətəndaş pasportlarına sahib vətəndaşları üçün vizasız gediş-gəliş rejimi dayandırılıb.Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə imzaladığı fərman "Rəsmi Qəzet"də dərc olunub.Fərman Türkiyə ilə Monteneqro arasında 2008-ci ildə imzalanmış qarşılıqlı viza azadolması haqqında sazişin Monteneqro vətəndaşlarına aid müddəalarının tətbiqini dayandırır.Bu addım Monteneqronun noyabrın 1-dən Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməsindən sonra atılıb.Qeyd edək ki, müvafiq saziş 2008-ci il yanvarın 18-də imzalanıb və həmin il martın 3-də Türkiyə Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00