Macarıstan Ukraynaya 100 milyard avroluq yardım paketinə qarşı çıxdı- ÖZƏL

Macarıstan 2028-2034-cü illəri əhatə edən Aİ büdcəsi layihəsində Ukraynaya 100 milyard avroyadək yardım ayrılmasını qəbuledilməz hesab edir. Olaylar.az xəbər verir ki, bu  barədə Macarıstanın Baş naziri Peter Magyar Brüsseldə keçirilən Aİ sammitindən sonra bildirib. Onun sözlərinə görə, Macarıstan yeddiillik büdcədən 15 milyard avro xalis gəlir əldə edə biləcəyi halda, Ukraynaya 100 milyard avroyadək vəsait ayrılması nəzərdə tutulur.
Magyar ölkəsinin çətin büdcə vəziyyətini əsas gətirərək belə bir yardımın artırılması ilə razılaşmayacaqlarını vurğulayıb. O, Macarıstanın bu mövqedə tək olmadığını da qeyd edib. Qeyd edək ki, Macarıstan, Slovakiya və Çexiya daha əvvəl Ukraynaya ayrılması nəzərdə tutulan 45 milyard avroluq ümumavropa kreditində iştirakdan imtina ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00