Estoniya Ukraynadakı münaqişə ilə əlaqədar Aİ-dən əlavə vəsait istəyib- ÖZƏL

Estoniya və Avropa İttifaqının şərq sərhədindəki digər ölkələr Ukraynadakı münaqişənin nəticələrinə görə əlavə maliyyələşdirməyə ehtiyac duyurlar. Olaylar.az xəbər verir ki,  Estoniyanın Baş naziri Kristen Mixal bu müraciəti Brüsselə ünvanlayıb.
"Avropa İttifaqının şərq sərhədində yerləşən ölkələr müharibənin nəticələrinə görə  həm təhlükəsizlik, həm də iqtisadi baxımdan daha ağır yük daşıyırlar və bu vəziyyətin öhdəsindən gəlmək üçün əlavə resurslara ehtiyac duyurlar", - deyə milli dövlət televiziyası ERR onun sözlərini sitat gətirir.
Daha əvvəl bildirilmişdi ki, Aİ liderləri yeddi illik büdcə və 2027-ci ilə qədər Kiyev üçün əlavə 45 milyard avro maliyyələşdirmə ilə bağlı danışıqların uğursuzluğundan sonra Brüsseldə keçirilən sammitin ikinci gününü ləğv ediblər. Avropalı diplomatik mənbə sammitin ilk günündən sonra müzakirələrin dekabr ayına qədər təxirə salındığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00