Kaxa Kaladze Rusiyanın gürcü şərabına sanksiya tələbini məntiqsiz adlandırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Minskdə keçirilən görüşünü şərh edib. O bildirib ki, Rusiya tərəfi heç bir əsaslı arqument və izahat gətirmədən gürcü şərabının satışının qadağan edilməsini və ona qarşı sanksiyaların tətbiqini istəyir, eyni zamanda isə universitetlərin qardaşlaşmasını təklif edir.

Kaladzenin sözlərinə görə, bu cür ziddiyyətli addımlar Gürcüstan hakimiyyətinə qarşı yönəlib və ölkədəki müxalifəti gücləndirir. Tbilisi meri bu məsələnin lazımi qiymət və müvafiq reaksiya alacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, Georgi Zurabaşvili "İmedi" telekanalına açıqlamasında Minskdə Mixail Qaluzinlə görüş zamanı Rusiya tərəfinin əsasən humanitar sahələrə aid onadək məsələ qaldırdığını bildirib. Onun sözlərinə görə, gündəmə gətirilən mövzular arasında Don Universiteti ilə Gürcüstanın dövlət universitetlərindən birinin qardaşlaşması təklifi də yer alıb. Zurabaşvili həmçinin qeyd edib ki, Qaluzin şərabın keyfiyyəti, eləcə də Ukraynadakı müharibənin maliyyələşdirilməsi və ya anti-Rusiya təbliğatı ilə bağlı səsləndirilən ittihamlara dair heç bir fakt təqdim edə bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00