Türkiyə Rusiya taxılının ən böyük alıcısı olaraq qalır – ÖZƏL
13:18 DünyaTürkiyə Rusiya taxılının ən böyük alıcısı mövqeyini qoruyub saxlayır. Olaylar.az xəbər verir ki, "RİA Novosti" agentliyinin məlumatına görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak İstanbulda keçirilən Rusiya-Türkiyə ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 20-ci iclasında bildirib.
Kənd təsərrüfatı məhsullarının iki ölkə bazarlarına qarşılıqlı çıxışının genişləndirilməsinin vacibliyini vurğulayan Novak qeyd edib ki, ötən il Rusiyadan Türkiyəyə gübrə tədarükü təxminən iki dəfə artıb. Həmçinin cari ilin sentyabr ayında iki ölkənin kənd təsərrüfatı nazirlikləri bu sahədə əməkdaşlığa dair memorandum imzalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00