Azərbaycan sosial dövlət olaraq inkişaf edir

Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vurmağımızı şərtləndirmişdir. Bu modelin təməl prinsiplərini ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir.

Deputat: "Heç bir qüvvə bunun qarşısını ala bilməyəcək"

Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vurmağımızı şərtləndirmişdir. Bu modelin təməl prinsiplərini ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir. Azərbaycanın gələcək inkişaf istiqamətlərinin vahid konsepsiya çərçivəsində təqdimi üçün həmin prinsiplərin ötən mərhələdəki sosial-iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və çoxşaxəli fəaliyyətin ətraflı təhlili mühüm əhəmiyyət daşıyır. Çünki gələcəyə baxışın düzgün istiqamətləndirilməsi və uğurların təmin edilməsi müasir dövrün ağır sınaqlarından çıxmış prinsiplərin daha da dərinləşdirilməsindən birbaşa asılıdır. Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Deputat bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləmdə də təqdir olunduqca ölkəmizin dünya arenasındakı siyasi nüfuzu daha sürətlə artır. Millət vəkilinin sözlərinə görə, dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər: Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirir. "Doing Business-2017" hesabatına əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. Davos Ümumdünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyətliliyi İndeksi2016-2017" hesabatında Azərbaycan 138 ölkə arasında 37-ci yerdə qərarlaşıb. Ölkəmiz artıq 8 ildir ki, sözügedən hesabatda MDB ölkələri arasında birinci yerdədir. Hesabatda Azərbaycan "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə 26-cı, "makroiqtisadi sabitlik" göstəricisi üzrə isə 39-cu yerdə qərarlaşıb. Nüfuzlu "Standard&Poor's" (S&P) beynəlxalq reytinq agentliyi isə gələn ildən Azərbaycan iqtisadiyyatında artım olacağını bəyan edib. Sənəddə göstərilir ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2017-ci ildə 5,5 faiz, 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz artacaq". Millət vəkili onu da deyib ki, bəzi qüvvələr Azərbaycanın uğurlarının, nailiyyətlərinin üzrərinə zaman-zaman  kölgə salmağa cəhd etsələr belə, öz istəklərinə nail ola bilməyəcəklər: "Onlar Azərbaycanı tutduğu bu uğurlu, müqayisəolunmaz inkişaf yolundan döndərə, inkişaf relsındən çıxara bilməyəcəklər. Onların məkrli niyyətləri hər zaman olduğu kimi, bundan sonra da gözlərində qalacaq. Azərbaycan uğurlu inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır və addımlayacaq. Heç kəs, heç bir qüvvə bunun qarşısını ala bilməyəcək". Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Xanhüseyn Kazımlı deyib ki, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir: "Son illər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu, qeyri-neft sektorunun inkişafında vacib amildir. Məhz bunun nəticəsidir ki, hər il qeyri-neft sektorunda göstəricilər artır. Bu, həm ÜDM istehsalında, həm də büdcə gəlirlərində özünü göstərir. Ümumiyyətlə, həyata keçirilən düzgün iqtisadi strategiya nəticəsində qeyri-neft seçktorundan gələn gəlirlərin həcminin büdcədə çəkisi daha da artacaq". Milli Məclisin deputatı Dilarə Cəbrayılova qeyd edib ki, bu gün özünü dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edən Azərbaycan həm də sosial dövlətdir. D.Cəbrayıova bildirib ki, sosial dövlətin bir funksiyası da vətəndaşların sosial hüquqlarının müdafiəsi ilə yanaşı, digər humanitar sahələrin inkişafına nail olmaq, cəmiyyətin harmonik inkişafını təmin etməkdir6 "Bu baxımdan Azərbaycan bütün dünyaya nümunə olan siyasət yürüdür və uğurlar qazanır. Aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində vətəndaşların sosial rifah halı dəfələrlə yaxşılaşıb. Yoxsulluq göstəricisi 49 faizdən 5 faizə düşüb, üç mindən çox məktəb, altı yüzdən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib, 40-dan çox olimpiya idman kompleksi, sosial və mədəniyyət obyektləri inşa olunub. Turizmin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilib, çoxlu sayda beşulduzlu hotellər də daxil olmaqla 300-dən çox mehmanxana tikilib. Bölgələrdə 6 hava limanı və Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminalı istifadəyə verilib. Bütün bunlar ölkəmizin inkişafının əyani göstəriciləridir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31