Stress çarxındakı görünməyən təhlükə
Tarixən bir mənfi tendensiya müşahidə edilməkdədir. Ayrı-ayrı dövlətlər elm və texnologiya, yeni-yeni “icadlar”ın köməkliyi ilə hədəf və marağında olan ölkələri təsir altına salır, istehsal etdiyi m al və məhsulları o ölkələrə ixrac etmək, daha dəqiq desək sıramaqla onların beyinlərini korlayır, yetişməkdə olan gınc nəsli manqurtlaşdırır. Gah asudə vaxtın səmərəli təşkili, gah əqli zehnin inkişafı, gah da digər bir iddia ilə icad olunan və sürətli şəkildə dünya ölkələri, xüsusilə hədəf dövlətlərə ixrac edilən həmin məhsullar əslində qeyd edilən müsbət elementlərin heç birinə malik deyil.
31 Avqust 2017 14:04 SosialUşaqlarınızı diqqətsiz qoymayın
Tarixən bir mənfi tendensiya müşahidə edilməkdədir. Ayrı-ayrı dövlətlər elm və texnologiya, yeni-yeni "icadlar"ın köməkliyi ilə hədəf və marağında olan ölkələri təsir altına salır, istehsal etdiyi m al və məhsulları o ölkələrə ixrac etmək, daha dəqiq desək sıramaqla onların beyinlərini korlayır, yetişməkdə olan gınc nəsli manqurtlaşdırır. Gah asudə vaxtın səmərəli təşkili, gah əqli zehnin inkişafı, gah da digər bir iddia ilə icad olunan və sürətli şəkildə dünya ölkələri, xüsusilə hədəf dövlətlərə ixrac edilən həmin məhsullar əslində qeyd edilən müsbət elementlərin heç birinə malik deyil. Əksinə mənfi elementlər, xüsusiyyətlər daşıyır. Son vaxtlar bütün bu qeyd edilən mənfi situasiyaları özündə cəmləşdirən və dünya ölkələrinə icrac edilən məhsullardan biri də steress çarxı deyilən oyun vasitəsidir. Dəfələrlə onun zərərləri, insana mənfi təsirləri barədə fikirlər səslənsə, real faktlar ortaya qoyulsa da, təəssüflər olsun ki, hələ də sterss çarxı deyilən həmin oyun vasitəsini bazarlardan yığışdırmaq mümkün olmayıb. Artıq psixoloqlar da stress çarxı deyilən oyun vasitəsinin insan orqanizminə zərərləri barədə həyəcan təbili çalırlar. Narınc Uşaq Psixoloji Mərkəzin könüllüsü, psixoloq Təhminə Əkbərzadə deyir ki, son zamanların məşhur oyuncağı stress çarxının bəzi ölkələrdə qadağan edilməsiylə birlikdə ölkəmizdə də müzakirələr artmış vəziyyətdədir. Psixoloqun sözlərinə görə, oyuncağın diqqət dağıdıb dağıtmaması danışılarkən əhəmiyyətli bir digər nöqtə olan asılılıq mövzusu gözdən qaçmaqdadır: "Zaman keçdikcə bu və bənzəri oyuncaqların məşhur olduğunu dilə gətirən mütəxəssis, psixoloq və pedaqoq Gülşah Öztürk Erten, bu problemin xüsusilə uşaq və gənclər arasında sürətlə yayılmaqda olduğunu ifadə edir: "Başda ziyansız görünən bu oyuncaqlar zamanla asılılıq dərəcəsində maraq gördüyündə reaksiyalar başlayır. Asılılıq bütün zərərlərinə qarşı adamın iradəsinin dövrə xarici qalması, davamlı eyni fəaliyyətlə məşğul olaraq idarəsinin itməsi vəziyyəti olaraq təyin oluna bilər. Vəziyyətin davam etməsinə mane olunmadığı təqdirdə adamın davranış, romantik, ictimai və akademik olaraq mənfi təsirlənməsi halları yaranır. Təməlini ruhi boşluğunun doldurulması təşkil edir. Ona bağlılığın təməlində isə ruhi boşluğun doldurulması var. Bu baxımdan baxıldığında öz güvən problemi yaşayan, sosyallıqdan uzaq, özünü qiymətli və kafi hiss etmək istəyən, bu oyuncaqlarla diqqət çəkib görülməyə çalışan uşaq olduğunu söyləmək mümkündür. Davamlı bir şeylərlə məşğul olma səyi onda düşünməkdən qaçmaq kimi mənfi hal yarada bilər".
Narınc Uşaq Psixoloji Mərkəzin könüllü psixoloqu deyir ki, stress çarxı qısa zaman içində rahatlama təmin edir: "Amma məsələyə digər tərəfdən baxıldığında, bu cür oyuncaqlar bir çox uşaq üçün ictimai mühitdən uzaqlaşmaq, məsuliyyəti ilə üzləşməkdən qaçacaq zaman axtarmaq kimi problemlər meydana gətirməkdədir. Uşaqlar üçün qısa davamlı rahatlama təmin etsə də, uzun zaman istifadə edildikdə emosional və ictimai problemlər yarada bilər". Psixoloq Təhminə Əkbərzadə hesab edir ki. bu cür oyuncaqlara olan marağın artmasının digər bir mənfi nəticəsi kimi uşaqların həyatında idman və hərəkətli oyunların yerinin azalması göstərilə bilər: " Əvvəldən açıq havada, parklarda, ictimai qarşılıqlı təsirin çox olduğu oyunlar söz mövzusu olarkən indiki vaxtda tək başına oynanan hətta virtual oyunlar seçilməkdədir. İnsan narahatlıqdan qaçar, həzz verən hərəkətlərə yönəlir. Asılılıqdan isə dopamin səviyyəsi artar və həzz alınır. Dopamini artırmaq isə xoşuna gələn şeyin təkrarlanması ilə mümkündür. Bu sistemin çox xəbərdar edilməsi isə asılılıq müddətini başladar. Bu məlumatlardan yola çıxaraq stress çarxı və bənzəri oyuncaqların ümumi olaraq uşaq üzərindəki təsirlərinə baxmaq üçün uşaqların hansı məqsədlə bu oyuncaqlara yönəldiyini diqqət etmək lazımdır. Stress çarxının, uşaqların ehtiyaclarını anlamamız üçün bizə fürsət təmin edən oyuncaqlar olaraq görülməsi və bu sahələrdə uşaqların dəstəklənməsi qadağalardan çox daha təsirli olacaq".
Məhəmməd