Sosial
Şəkərin səviyyəsini aşağı salan ucuz kələm RESEPTİ
Şəkər xəstəsi olan insanlar yediyinə və içdiyinə xüsusilə diqqət etmək məcburiyyətindədir. Çünki bir sıra yeməklər qanda şəkərin miqdarının yüksəlməsinə səbəb ola bilər.
Nazirlikdən telekanallara müraciət: ” Milli filmlərin nümayişinə diqqət artırılmalıdır”
Dövlət Film Fondunda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə ölkəmizdə kino işinin təşkili və inkişaf etdirilməsinə həsr olunmuş müşavirə keçirilib. Kino işinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirə olunduğu müşavirədə kino qurumlarının rəhbərləri iştirak edib. Müşavirədə çıxış edən Ə.Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində son 10 ildə görülən işlər, qazanılan nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə kino sahəsində qazanılan nailiyyətləri təhlil edən nazir müavini işdə olan qüsurlardan da söz açıb. Kino qurumlarının hazırkı fəaliyyəti və görəcəkləri işlərlə bağlı qarşıya qoyulan məqsədlər diqqətə çatdırılıb.
"1800 maaş alıram, bacım bir əməliyyatı 5 minə edir, anamın 50-70 minlik qrantları var" — 1 milyonu oğurlanan alimin professor qızından MARAQLI AÇIQLAMALA
AMEA-nın professoru, Əlyazmalar İnstitutunun evindən 1 milyonluq oğurluq edilmiş direktor müavini Aybəniz Əliyevanın (Kəngərli) qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva maraqlı açıqlamalar verib. G.Əliyeva bildirib ki, qarşı tərəf məsələni ictimailəşdirməklə onlara təzyiq göstərməyə çalışır: "Məlumat doğrudur. Bu adamlar bizim evimizdən 500 min pul aparıblar.
Bakıda alimin evindən 1 milyon oğurlandı - “50 illdir ev-eşik sahibiyəm, uşaq deyiləm”
Bakıda alimin evindən 1 milyon 200 min manatlıq oğurluq edildiyi iddia olunur. AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın evindən 536 min ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. İddiaya görə, oğurluq etmiş şəxs alimin evində xadimə kimi çalışan Zeynalova Xanım Abduləli qızıdır.
Bakıda əcnəbi xanımı barda döydülər
Küveyt vətəndaşı olan xanım Bakıdakı barlardan birində döyülüb. Bu barədə hospitaldan Xətayi Rayon Polis İdarəsinə məlumat daxil olub. Belə ki, Bulvar oteldə müvəqqəti yaşayan Küveyn vətəndaşı Elamar Rabaa Abudimehram qızı 23:00 radələrində İçəri Şəhərdə yerləşən adını bilmədiyi bir barda döyülərək baş və üz nahiyələrindən xəsarət alıb. Müvəqqəti yaşadığı otelin qarşısında tapılan qıza tibbi yardım göstərilib.
Geomaqnit qasırğası artıq başladı - XƏBƏRDARLIQ
“Bir neçə gün əvvəl proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb
Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları dərhal yanğın baş vermiş əraziyə cəlb olunub.
Nazirlikdən Lapşinin ekstradisiya məsələsi ilə bağlı AÇIQLAMA
Həbsdə olan bloger Aleksandr Lapşinin öz ölkəsinə ekstradisiyası üçün Azərbaycan tərəfə müraciət edilməyib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, A.Lapşinin ekstradisiya edilməsi ilə bağlı heç bir ölkə və səfirlikdən Azərbaycan Ədliyyə Nazirliyinə müraciət daxil olmayıb.
Ağcabədidə canavarlar 15 qoyunu parçaladı
Ağcabədidə canavarlar təsərrüfata hücum edib. Hadisə rayonun Şənlik kəndində baş verib. Kənd sakini Arif Məmmədova məxsus təsərrüfata hücum edən canavarlar 15 baş qoyunu parçalayıb, 22 qoyunu isə ölümcül vəziyyətə salıb.
22 rayon və şəhərdə Əmək yarmarkaları keçiriləcək
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması üçün keçirilən Əmək yarmarkalarının cari ilin sentyabr ayında respublikamızın 22 rayon və şəhərində davam etdirilməsi nəzərdə tutulur.
Dini Komitədən Qurban bayramı ilə bağlı XƏBƏRDARLIQ: Qarşısı alınacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bayram namazlarının müəyyən edilmiş qrafik üzrə qılınması ilə bağlı tövsiyələr verib. DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, komitənin əməkdaşları tərəfindən bununla bağlı vətəndaşlara müvafiq tövsiyələr verilib. O qeyd edib ki, komitə tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir: “Monitorinqlər bayram günlərində də keçiriləcək. Ümumiyyətlə namazların, ibadətlərin, o cümlədən bayram namazlarının müəyyən olunmuş qrafikə uyğun olaraq həyata keçirilməsinə monitorinqlər vasitəsilə nəzarət olunur”.
Oğuzda meşə yanğını başlayıb
Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğında Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub və yanğınsöndürmə işlərinə başlanıb.Əlavə məlumat veriləcək.
Kolleclərə qəbulun nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
Bakıda avtobusların fəaliyyətinə xüsusi nəzarət olunacaq
Qurban bayramı günlərində Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma fəaliyyətinə nəzarəti təmin etmək məqsədilə xüsusi rejimdə çalışacaq.
Məhz dövlətin qayğısı ilə mətbuat öz inkişafına nail olub
Mətbuatımızın yarandığı gündən bu günə qədərki, tarixinə, müasir inkişaf yoluna Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə birgə işıq tutmağa çalışdıq. İlk olaraq Məhəmməd bəy Azərbaycan mətbuatının yaranma tarixindən danışdı.














