Bakıda avtobusların fəaliyyətinə xüsusi nəzarət olunacaq

Qurban bayramı günlərində Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma fəaliyyətinə nəzarəti təmin etmək məqsədilə xüsusi rejimdə çalışacaq. 

Qurban bayramı günlərində Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma fəaliyyətinə nəzarəti təmin etmək məqsədilə xüsusi rejimdə çalışacaq. BNA-dan  verilən məlumata görə, Agentliyin əməkdaşları növbəlillik qrafiki əsasında səhər saatlarından axşamadək marşrut avtobuslarının fəaliyyətinə nəzarət edəcəklər. Bayram günlərində də sərnişinlər 141 çağrı mərkəzinə müraciət edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31