Sosial
Nazir vətəndaşları təbrik etdi
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müqəddəs Qurban bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətinə təbrik ünvanlayıb. “Olaylar” – ın məlumatına görə təbrikdə qeyd olunur ki, müsəlman aləminin ayrılmaz bir hissəsi olan Azərbaycanda həmişə mütərəqqi mənəvi dəyərlərin qorunması və təbliğinə həssaslıqla yanaşılmışdır.
Ov tüfəngini polisə könüllü təhvil verdi
Nardaran qəsəbə sakini silahını polisə təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki söhbətlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini İntizam Quliyev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Regionlarda elektron xidmətlər barədə məlumatlandırıcı sessiya keçirilib
“Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Tərtər və Ağcabədi rayonunda məlumatlandırma sessiyası keçirilib.
DYP-dən BAYRAM XƏBƏRDARLIĞI - Bu ərazilərdə avtomobil park etməyin!
Sentyabrın 1-də Qurban bayramı ilə bağlı paytaxtdakı məscidlərin ətrafındakı küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılmayacaq. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Süni mayalanma halları çoxalıb - SƏBƏB
"Azərbaycanda son zamanlar süni mayalanma hallarının çoxalması sonsuzluq hallarının artması ilə əlaqədardır”. Bu sözləri Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova ölkədə antenatal qulluğun təşkilinə dair keçirilən tədbirdə çıxış edərkən deyib. O, süni mayalanmanın birbaşa valideynlərin istəyi ilə əlaqədar olmadığını deyib: “Sonsuzluğun səbəbləri müxtəlifdir. Bu hallarının baş verməsində kişi faktorları da üstünlük təşkil edir”.
Dövlət Miqrasiya Xidməti Astarada səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti Lənkəran regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Astara rayonunda dağlıq ərazidə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib.
Torpaqların istifadəsi ilə bağlı uyğunsuzluq aradan qaldılacaq
Məlum olduğu kimi ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Bəs, bu informasiya sisteminin əhəmiyyətə nədən ibarətdir? Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri düzgün müəyyənləşdirilərək əks olunur. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbulu üçün imkanlar yaradacaq.
12 bələdiyyənin xəritəsi hazırlanır
Respublikanın 12 rayonunda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.
Bakıda bəy və gəlin öz toylarına avtobusla getdilər
Paytaxtın Səməd Vurğun küçəsində maraqlı hadisə yaşanıb. Gənc cütlük öz toylarına getmək üçün ictimai nəqliyyatı seçiblər. Onların dayanacaqda avtobus gözləmələrini əks etdirən fotolar sosial şəbəkədə paylaşılıb.
Azərbaycana bu yay ən çox gələnlər ərəblər və ruslar oldu
Bu yay Azərbaycana gələn turistlər arasında ilk yeri ərəb ölkələrindən, sonra isə Rusiyadan olan turistlər tutublar. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Azərbaycana bu il gələn turistlərin sayının ötən illə müqayisədə daha çox olduğunu deyən N.Bağırov qeyd edib ki, sentyabrdan Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə, oktyabrdan isə Taylandın Banqkok şəhərinə birbaşa uçuşlar olacaq. Bu da həmin ölkələrdən Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir göstərəcək: "Ciddə şəhərində Məkkəyə ən yaxın olan hava limanı yerləşir. Ona görə də Azərbaycandan Səudiyyə Ərəbistanına gedən zəvvarlarımız bu istiqamətdən istifadə edəcəklər".
Göyçayda İslam tədbirİ
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Göyçay Rayon İcra Hakimiyyəti və “Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Göyçay rayon Tarix–Diyarşünaslıq Muzeyində keçirilən “İslam sivilizasiyasının təbliğində media ilə dini icmaların birgə əməkdaşlığının artırılmasına dəstək” mövzusunda tədbir keçirilib.
Komitə sədri Lerikdə fəal qadınlarla görüşəcək
6 sentyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Lerik rayonunda saat 10:00-da Lerik Mədəniyyət Evində vətəndaşların qəbulunu keçirəcək. Komitədən “Olaylar”a bildirilib ki, qəbulda Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Astara, Lerik rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
Şagirdlər bir ildə 28 medal qazanıblar
2016-2017-ci tədris ilində azərbaycanlı məktəblilər müxtəlif beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 4 gümüş, 23 bürünc olmaqla 28 medal qazanıblar”. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dünyanın nüfuzlu bilik olimpiadaları riyaziyyat, fizika, kimya, informatika və digər fənlər üzrə keçirilib. 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub.
Qurban bayramında necə sağlam qidalanmaq olar?
Türkiyəli diyetoloq Emine Yüzbaşıoğlu Qurban bayramında sağlam qidalanma barədə bir neçə önəmli məlumatlar verib. Həkim bayramda düzgün qidalanmamağın zərər verə biləcəyini deyib: “Xüsusilə qan təzyiqi, diabet və ürək xəstəliyi olan şəxslər qidalanmalarına diqqət etməlidirlər.
Jurnalisti təhqir edən direktorun milyonluq villaları
Jurnalisti təhqir edən Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın dəbdəbəli villalarının görüntüləri üzə çıxıb.














