Qurban bayramında necə sağlam qidalanmaq olar?
Türkiyəli diyetoloq Emine Yüzbaşıoğlu Qurban bayramında sağlam qidalanma barədə bir neçə önəmli məlumatlar verib. Həkim bayramda düzgün qidalanmamağın zərər verə biləcəyini deyib: “Xüsusilə qan təzyiqi, diabet və ürək xəstəliyi olan şəxslər qidalanmalarına diqqət etməlidirlər.
31 Avqust 2017 12:22 SosialTürkiyəli diyetoloq Emine Yüzbaşıoğlu Qurban bayramında sağlam qidalanma barədə bir neçə önəmli məlumatlar verib. Həkim bayramda düzgün qidalanmamağın zərər verə biləcəyini deyib: "Xüsusilə qan təzyiqi, diabet və ürək xəstəliyi olan şəxslər qidalanmalarına diqqət etməlidirlər. Çünki həmin insanlar həddindən artıq ət yedikdə onlarda ürək çırpıntılarının artması, təzyiqin və şəkərin qalxması kimi ağır sağlamlıq problemləri meydana gələ bilər. Bayramın digər bir problemi isə ondadır ki, insanlar sürətli şəkildə çəki yığmağa başlayırlar. 4 gün ərzində ət və bununla bərabər şirniyyat yemək, tərəvəz və meyvələrin az yeyilməsi, hərəkətsizlik kilo almağa gətirib çıxarır". "Bayramda kifayət qədər ət istifadə edildiyinə görə qatıq, salat, meyvə və ya zeytun yağı qataraq tərəvəzlərin yeyilməsinə üstünlük verilməlidir", - deyən diyetoloq əlavə edib ki, ət bişirmək üsulu olaraq isə qovurma forması seçilməlidir: "Əgər ət yağlıdırsa, qovurmaya əlavə yağ qatılmamalıdır. Gün ərzində 2 - 2,5 litr su içməli, həddindən artıq çay və qəhvədən istifadə etməməli, yeməklərlə birlikdə qazlı içkilər əvəzinə ayran və ya az şəkər ilə hazırlanmış kompot içilməlidir". Azadinform.az