Torpaqların istifadəsi ilə bağlı uyğunsuzluq aradan qaldılacaq

Məlum olduğu kimi ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Bəs, bu informasiya sisteminin əhəmiyyətə nədən ibarətdir? Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri  düzgün müəyyənləşdirilərək əks olunur. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbulu üçün imkanlar yaradacaq.

Məlum olduğu kimi ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Bəs, bu informasiya sisteminin əhəmiyyətə nədən ibarətdir? Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri  düzgün müəyyənləşdirilərək əks olunur. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbulu üçün imkanlar yaradacaq. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınması, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi işi yeni mərhələyə keçəcək. Müasir bələdiyyə xəritələrinin hazırlanmasına nail olunacaq. Layihə çərçivəsində  torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqlar aradan qaldıracaq. Hər bir torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlaklar barəsində dəqiq məlumatların əldə edilməsi sonradan onların qeydiyyatı prosesini sadələşdirəcək. Bununla da vətəndaş məmnunluğu təmin ediləcək. Sistem eyni zamanda bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına səbəb olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31