Komitə sədri Lerikdə fəal qadınlarla görüşəcək
6 sentyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Lerik rayonunda saat 10:00-da Lerik Mədəniyyət Evində vətəndaşların qəbulunu keçirəcək. Komitədən “Olaylar”a bildirilib ki, qəbulda Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Astara, Lerik rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
31 Avqust 2017 12:29 Sosial6 sentyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Lerik rayonunda saat 10:00-da Lerik Mədəniyyət Evində vətəndaşların qəbulunu keçirəcək. Komitədən "Olaylar"a bildirilib ki, qəbulda Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Astara, Lerik rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Lerik rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.