Sosial
Jurnalisti təhqir edən direktorun milyonluq villaları
Jurnalisti təhqir edən Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın dəbdəbəli villalarının görüntüləri üzə çıxıb.
Jurnalisti təhqir edən direktorun qardaşı haqda ilginc ittihamlar
Bu günlərdə daha bir təhsil qalmaqalı yaşandı. Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib. Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün axar.az saytının əməkdaşı Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxlayıb.
Paytaxtda iki nəfər itkin düşüb
Kürdəmir rayonunda anadan olmuş 25 yaşlı Solmaz Asim qızı Qaçayeva cari il mayın 19-da saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun əlamətləri: boyu 162 sm, kök bədən quruluşuna malikdir, qara uzun saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxarkən əynində göy cins şalvar, qırmızı kofta, ağ idman ayaqqabısı olub. Solmaz Qaçayevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq xəbər vermələri xahiş olunur.
Məktəbli forması ilə bağlı YENİ TƏKLİFLƏR: qiymətlər 50% enə bilər - ARAŞDIRMA
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Qələm, dəftər, çanta almaq bir tərəfə, bu ərəfədə valideynləri ən çox maraqlandıran məktəbli formalarının qiymətidir. Ötən il birdən-birə bu geyimlərinin qiymətinin 8.5 faiz qalxması valideynlər arasında ciddi narazılığa səbəb oldu. İki uşağını məktəbə göndərən valideyn azı 100 manat ancaq formaya xərcləməli idi. Çünki məktəb rəhbərləri məhz həmin istehsalçı şirkətin geyimlərini geyinməyi tələb edirdilər. İkinci variant eyni firmanın sexlərdə istehsal edilmiş saxta geyimlərini almaq idi ki, onların keyfiyyəti barədə şübhələr valideynləri bu fikrindən daşındırırdı.
Ən çox rast gəlinən xəstəliklər AÇIQLAMA
“Hazırda qarşımızda duran əsas məsələ yenidoğulma dövründə rast gəlinən xəstəliklərin aradan qaldırılması və bu yolla uşaqlar arasında xəstələnmə və ölüm östəricisinin daha da azalmasına nail olmaqdan ibarətdir”. Bunu açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.
Sentyabrın havası: istilər normadan yüksək olacaq
Sentyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verdiyi məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Nazirlikdən bayram yarmarkaları ilə bağlı sahibkarlara müraciət
Kənd Təsərrüfatı Nazirliyi sahibkarla müraciət edib. Bakı şəhərinin yarmarkalarında yalnız Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu heyvanların satışına dair yayılan məlumatla əlaqədar nazirlik sahibkarların nəzərinə çatdırır ki, Bakı şəhərinin 4 ünvanında (Nərimanov rayonu, Əliyar Əliyev küç., Keşlə bazarının yanı, Xətai rayonu, "Nargilə" kafesinin yanı, Yasamal rayonu, Şərifzadə küçəsi, "İdeal" şadlıq sarayının həyəti, Səbail rayonu, Seymur Məmmədov küçəsi, 8, parkın yanı) təşkil olunmuş qurbanlıq heyvanların satış-yarmarkalarında nazirliyin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı, həmin ərazilərdə, eyni zamanda, Bakı şəhəri və ətraf qəsəbələrin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb.
Bakı-Quba yolunda ağır qəza baş verib
Bakı-Quba magistral avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsu baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olatylar”a verilən məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84-cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.
Deputat: “Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir”
“Azərbaycanda müxtəlif konfessiyalara, dinlərə həmişə böyük diqqətlə yanaşılır”. Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Y.Abramov bildirib ki, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır.
Atasız-anasız idmançımız faciəvi şəkildə öldü - Cəsədi morqda qalıb
Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib. Bu barədə gənc idmançının dostları sosial şəbəkələrdə məlumat veriblər. İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib: "Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər".
Əcnəbilər üçün 3 saat ərzində "ASAN VİZA"
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər. “Olaylar” bildirir ki, bu yenilik “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 21 iyun 2017-ci il tarixli 1482 saylı Fərmanının icrasının təmin edilməsi çərçivəsində aparılan işlərin nəticəsidir. “ASAN Viza” sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.














