Ən çox rast gəlinən xəstəliklər AÇIQLAMA

“Hazırda qarşımızda duran əsas məsələ yenidoğulma dövründə rast gəlinən xəstəliklərin aradan qaldırılması və bu yolla uşaqlar arasında xəstələnmə və ölüm östəricisinin daha da azalmasına nail olmaqdan ibarətdir”. Bunu açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

"Hazırda qarşımızda duran əsas məsələ yenidoğulma dövründə rast gəlinən xəstəliklərin aradan qaldırılması və bu yolla uşaqlar arasında xəstələnmə və ölüm östəricisinin daha da azalmasına nail olmaqdan ibarətdir". Bunu açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

Hazırda ölkəmizdə ciddi və ardıcıl tədbirlərin həyata keçirildiyini deyən baş pediatr söyləyib ki, yenidoğulma dövründə ən çox rast gəlinən problemlər morfofunksional yetişməzlik, vaxtından əvvəl doğulmadır: "Bundan sonra ikinci yerdə doğuş asfiksiyaları və ekstremal az çəkidə doğulma halları dayanır. Bilirsiniz ki, 2015-ci ilin yanvar ayının 1-dən etibarən səhiyyə nazirinin əmri ilə ölkəmizdə yeni doğulmada yeni meyarlara keçid edilib. Yəni hamiləlik müddəti 22 həftə və ondan çox, bədən kütləsi 500 qramdan artıq olan hər bir dünyaya gələn döldə həyat əlaməti görünürsə, biz onu diri doğulmuş uşaq kimi qəbul edir, ona xidmət göstəririk. Belə ki, 500 qramlıq uşağa bətndən kənarda lakin bətndə olan şəraitə uyğun şərait yaratmalıyıq ki, həmin uşaq müəyyən qədər yetişib inkişafa doğru gedə bilsin".

N.Quliyev qeyd edib ki, ekstremal çəkidə doğulan uşaqların bəslənməsi və müalicəsi üçün ölkəmizdə ən müasir avadanlıqlar mövcuddur: "Bu aparatlar digər uşaqların sağlamlığının qorunmasında da bizə çox böyük dəstək və kömək olur". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31