Deputat: “Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir”
“Azərbaycanda müxtəlif konfessiyalara, dinlərə həmişə böyük diqqətlə yanaşılır”. Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Y.Abramov bildirib ki, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır.
31 Avqust 2017 11:29 Sosial"Azərbaycanda müxtəlif konfessiyalara, dinlərə həmişə böyük diqqətlə yanaşılır". Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Y.Abramov bildirib ki, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır. Onun sözlərinə görə, ölkəmizdə müxtəlif millətlərin, dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar: "Vaxtaşırı olaraq buna aid müxtəlif tədbirlər keçirilir.Azərbaycanda bütün dinlərin nümayəndələri azad yaşayır, dinlərin və mədəniyyətlərin hamısına eyni münasibət bəslənilir. Müasir dövrdəAzərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir"