Bakı-Quba yolunda ağır qəza baş verib

Bakı-Quba magistral avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsu baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olatylar”a verilən məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84-cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

Bakı-Quba magistral avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsu baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84-cü km-də Siyəzən rayonu ərazisində "Ford" və "MAN" markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "MAN" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31