Ana bətnində öldürülən gələcək

Son zamanlar aborta gedənlər arasında məktəbyaşlı qızların olması barədə məlumatlara tez-tez rast gəlinir. Mütəxəssislər belə halların baş verməsini müxtəlif səbəblərlə izah etsələr də, ümumi fikir ondan ibarətdir ki, bu məslədə əsas məsuliyyət valideynin üzərinə düşür. Odur ki,  valideynlər, azyaşlı qızlar özləri bu addımların uğursuz olduğunu dərk etməlidirlər.

Bu demoqrafik problemə çevrilə bilər

Son zamanlar aborta gedənlər arasında məktəbyaşlı qızların olması barədə məlumatlara tez-tez rast gəlinir. Mütəxəssislər belə halların baş verməsini müxtəlif səbəblərlə izah etsələr də, ümumi fikir ondan ibarətdir ki, bu məslədə əsas məsuliyyət valideynin üzərinə düşür. Odur ki,  valideynlər, azyaşlı qızlar özləri bu addımların uğursuz olduğunu dərk etməlidirlər. O da faktdır ki, belə halların qarşısını almaq məqsədilə yanlış dini təsəvvürlərin, stereotiplərin, adət-ənənələrin aradan qaldırılması üçün eyni zamanda KİV-in və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir. Lakin bütün sadalananlara baxmayaraq son zamanlar qadın hamilə olanda, həm özü, həm də ailə üzləri narahat olur, nə edəcəklərini, necə qərar verəcəklərini düşünürlər. Çıxış yolunu isə çox zaman abortda görürlər.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova qeyd edib ki, hal-hazırda dünyada ən aktual problemlərdən biri abortlardır: "Aborta münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortu tibbi və psixoloji cəhətdən zərərli olduğunu bildirirlər. Ümumiyyətlə, ayrı- ayrı ölkələrdə abortlara -yəni hamiləliyin dayandırılmasına müxtəlif yanaşmalar mövcuddur". Qeyd edək ki, BMT-nin sağlamlıq hüququ məsələləri üzrə Azərbaycan məruzəçisi Anand Hrover qeyd etmişdir ki, Azərbaycan abortların sayına görə lider ölkələrdən biridir. Bu bir tərəfdən uşağın cinsiyyəti ilə bağlıdırsa digər tərəfdən isə cinsi və reproduktiv sağlamlıqla əlaqədar Dövlət proqramlarının catışmamazlığı ilə izah olunur. Qrupun rəhbəri Rebeka Patsikin fikirlərinə görə tədqiqat zamanı müəyyən olunmişdur ki, abortlarin səviyyəsi yuksək və kontraseptivlərdən istifadə isə aşağı səviyyədədir. 1000 nəfər arasında kecrilmiş sorguda həm kişilər, həm də qadınlar arzuolunmaz hamiləliyin aradan qaldırılmasında abortu daha təhlükəsiz hesab edirlər nəinki digər vasitələr. Səhiyyə nazirliyi abortlar nəticəsində son iki ildə Azrbaycanda ölən olmadığını bəyan etsə də, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. Bunun başlıca səbəbi qadınların riskli hesab edilən abortlara meyllənməsidir. Risqli abortlar adətən 12 həftəlik və daha böyük hamiləliyin süni şəkildə pozulmasıdır ki, həkimlər bunu qadın üçün ciddi təhlükə sayırlar. A.Veysəlova qeyd edib ki, abortların müxtəlif səbəbləri vardır. Bəzi qadınlar ailə planlaşmalarında ikinci, üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi şəraitin olmamasını, evin olmamasını, işsiz oldularını göstərirlər. Bu siyahıya cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar: "Bu gün selektiv abort dünyanın ən ciddi problemi sayılır. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Əgər uşağın cinsiyyəti qızdırsa, hamilə qadınlar ya həyat yoldaşı ya da qaynanaları tərəfindən təzyiqə məruz qalırlar. Bəzən onları boşamaqla qorxudurlar. Lakin əgər biz həm tibbi, həm də dini cəhətdən artıq illərdir ki, təsdiqini tapan sadə bir məsələni maarifləndirmə yolu ilə insanlara başa sala bilsək, onda bilərlər ki, uşağın cinsiyyəti kişidən asılıdır. Burada qadın heç bir rol oynamır, o yalnız yetişdirir". Beynəlxalq sənədlərə əsasən normada hər doğulan 105 oğlan uşağına 100 qız uşağı düşməlidir. Azərbaycanda isə artıq kəskin fərqlənmə var. Hər 112 oğlana 100 qız uaşğı düşür. Bu da demoqrafik problem olaraq meydana çıxır: "Azərbaycan qanunvericiliyi də abortları qadağan etmir. Abortlar qanuni sayılır və onların 6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionrada aparılmasına icazə verilir. Amma bu qanun sovet dövründən qalma qanundur.Statistika göstərir ki, ölkədə abortların sayı hər il artır. Məsələn, 2003-cü ildə abort edənlərin sayının 16 912 olduğunu nəzərə alsaq, 9 il ərzində abort faktının azı 11 min artdığı məlum olur. Bu hələ rəsmi statistikadır. Nəzərə alsaq ki, tibb müəssisələrindən kənarda, bəzən evlərdə də bu gün abortlar həyata keçirilir, onda mənzərə daha qorxulu olur. Belə ki, hazırda acıq aydın görünməsə də, bu gələcəkdə demoqrafik problemə cevrilə bilər. Qeyri- rəsmi statistikaya görə 100 hamilə qadından 30-u abort etdirir. Bu isə abortların səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Sosioloqların fikrinə görə, əgər bu templə getsə, 2050-ci ildə Azərbaycan əhalisinin 12 milyona çatması çətinləşə bilər. Həm sosioloqlar, həm də həkimlər qeyd edirlər ki, həm kişilər, həm də qadınlar öz reproduktiv sağlamlıqlarının qeydinə qalmırlar. Fikrimizcə, əhalinin müxtəlif yaş qrupları arasında, orta və orta ixtisas məktəblərin yuxarı sinif şagirdləri və tələbələri, eləcə də, ali təhsil müəssisələrinin tələbələri arasında bu məsələ ilə əlaqədar marifləndirici tədbirlərin keçirilməsi vacibdir. Eyni zamanda, abort məqsədi ilə qadın məsləhətxanalarına, xəstəxanalarına müraciət edən hamilə qadınları fikrlərindən daşındırmaq üçün həkimlər abortun fəsadları, psixoloqlar isə bunun psixi cəhətdən törədə biləcəyi problemləri onların nəzərinə çatdırmalıdırlar. Abort kabinetlərində abortun qadın sağlamlığına mənfi təsirlərinə aid plakatlar, fotolar və digər təbliğat vasitələri olsa, bu aborta hazırlaşan qadına müsbət mənada təsir edə bilər. Bundan əlavə sosial çarxların hazırlanması və KİV- bu məlumatların daha ətraflı işıqlandırılması da zəruri məsələlərdəndir. Həmçinin bu problemə dair filmlərin çəkilib televiziya ekranlarında, internet saytlarında verilməsi də yaxşı olardı".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31