Qohum nikahları...

Son illərdə müşahidə edilən mənfi tendensiyalardan biri də qohum nikahlardan yaranan problemlərdir.  Belə ki, bir çox hallarda qohum nikahlar nəticəsində dünyaya gələn uşaqda fiziki qüsurlar, əqli çatışmamazlıqlar müşahidə edilir. Elə ona görə də bir sıra hallarda qohum nikahları məqbul hesab edilmir.

Maneçilik yoxdur, amma...

Son illərdə müşahidə edilən mənfi tendensiyalardan biri də qohum nikahlardan yaranan problemlərdir.  Belə ki, bir çox hallarda qohum nikahlar nəticəsində dünyaya gələn uşaqda fiziki qüsurlar, əqli çatışmamazlıqlar müşahidə edilir. Elə ona görə də bir sıra hallarda qohum nikahları məqbul hesab edilmir. Ancaq bunu nəzərə almayaraq qohum nikahlarına gedənlər də var. Bəs görəsən doğurdanmı qohum nikahlarından tamamilə uzaq durmaq lazımdır və yalnız bu kimi nikahlardan olan uşaqlar fiziki qüsurlu olur? İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bəzi tədbirlərdə, evlilik məsələlərində müzakirələr açanda qohumla evliliyin doğru olmadığı bildirilir: "Qeyd olunur ki, qohumla evliliyin mənfi tərəfləri olur, cütlüklər arasında normal ailə bağlılığı və onların normal övladları olmur. Bununla bağlı 2005-ci ildə İstanbulda iştirak etdiyimiz V Beynəlxalq İslam Tibb Konfransında da dünyanın müxtəlif ölkələrindən gələn tibb və islam alimləri məruzələrində çıxışlar edərək müxtəlif aspektlərdən bu məsələyə toxundular. Qərara alındı ki, İslam dininə görə də, tibbi cəhətdən də Allah-Təalanın evlənməyə icazə verdiyi qohumlarla evlənməkdə heç bir maneçilik, zərər, mənfiliklər yoxdur.  Bizdə də bununla bağlı həmişə narahatçılıqlar olur. Ancaq təcrübə və qohumlarla evliliyin müsbət nəticələri, islamın bu məsələdə mövqeyi daha doğru görünür". Əkrəm Həsənov da deyir ki, bəzi mütəxəssislər qüsurlu doğulan uşaqların şikəstliklərinin səbəbini qohumlararası evlilikdə görürlər: "Lakin bu, səhv bir fikirdir. Çünki qohum olmayan insanlardan dünyaya gələn uşaqlar arasında da şikəst və qüsurlu olanlar var. Deməli, bu kimi hadisələrdə əsas səbəbkar bəzən ata -ananın özləri olurlar. Çünki qədim zamanlardakı və indiki ailələrin vəziyyətini diqqətlə araşdırsaq görərik ki, həm qohumluğu çatan, həm də qohum olmayan şəxslərin evlilikləri nəticəsində qüsurlu uşaqlar dünyaya gələ bilir. Bu da ortaya atılan fikirlərin əsassız olduğunu sübuta yetirən açıq bir dəlildir. Çünki ilk olaraq insanı daha yaxşı tanıyan uca Allah onun kimlərlə evlənməsini, hansı qohumlarla ailə qurmasını bizə xəbər vermişdir. Əgər Allah-Təalanın əvvəlcədən bildiyi bir məsələ zərərli olsaydı heç vaxt onu öz qiyamətə qədər gələn qullarına tövsiyə etməzdi. Halbuki Allah-Təala hansı qohumlarla evlənməyin haram olduğunu mübarək kitabının Nisa surəsinin 23-24-cü ayəsində biz insanlara, inananlara açıqladıqdan sonra digər qohum qadınlarla evlənməyə icazə vermişdir. Allah təala buyurur: "Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır.  Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.  Cihad vaxtı əsir olaraq sahib olduğunuz cariyələr müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı, hökmü ilə sizə haram edildi. Bunlardan başqaları isə namusla, iffətlə, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin. Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir" (Nisa surəsi 23-24-cü ayələr)". Əkrəm Həsənov bildirib ki,  Allah-Təala əmi qızı, dayı qızı, xala qızı, bir sözlə Qurani Kərimdə haram hesab etmədiyi yaxın qohumlarla evlənməyə icazə verib: "Hətta Allahın peyğəmbəri (s.ə.s) xalasının qızı, Çahşın qızı Zeynəblə evlənmiş, öz qızı Fatiməni də əmisinin oğlu Əliyə  ərə vermişdi. Əgər bu icazəli olmasaydı və zərərli olsaydı bunu Allahın peyğəmbəri etməzdi. Çünki, ona vəhy gəlirdi və bu zərərli olsaydı heç vaxt Peyğəmbər də qohumluqla evliliyə razı olmazdı. Ancaq İslamda tövsiyə olunan bir məsələ vardır ki, əgər yaxın qohumlarla evləndiyin təqdirdə gələcəkdə ailə arasında münaqişəyə səbəb ola biləcək davranışlar ola bilərdi, qohumluq əlaqələri kəsilə bilərdi, bu səbəblə qohumlarla evlilikdə İslam dini ciddiyyəti qorumuşdur. İslam alimləri bu məsələdə bir çox səbəblərdən də qohumla evlənməkdə bəzi təhlükəli məsələləri istisna etməklə icazəli hesab ediblər. İslam dininə görə Allah-Təalanın bildirdiyi və Rəsulunun tövsiyə etdiyi qohumlarla evlənməkdə heç bir zərər yoxdur, icazəlidir"

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31