Sosial
Mərkəzi Elmi Kitabxanada yanğın təhlükəsizliyi ilə bağlı seminar
AMEA Mərkəzi Elmi Kitabxanasında elmi müəssisə və təşkilatlarda yanğn təhlükəsizliyi ilə bağlı seminar keçirilib. Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxananın təşkilati dəstəyi ilə AMEA Rəyasət Heyəti ikinci xüsusi şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İdarəsi, FHN Dövlət Yanğın Nəzarəti Xidməti, AMEA elmi müəssisə və təşkilatlaırnın ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri, yanğınsöndürmə manqalarının komandirləri ilə birgə seminar müşavirə keçirilib.
AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı olub
Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində yerləşən universitet məzunu olmuş şəhidlərin xatirə kompleksi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Texniki Universitetinin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub.
Azərbaycanda məlumat azadlığı üçün əlverişli mühit formalaşıb
Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, fikir və məlumat azadlığının bərqərar olması istqamətində ciddi addımlar atılmaqdadır. Nəzrə almaq lazımdır ki, hazırda müasir dünyada informasiya cəmiyyəti quruculuğu prosesi gedir. Çünki, effektli inkişafa nail olmaq üçün informasiya texnologiyalarından bütün sahələrdə istifadə olunması vacib şərtdir.
Yağış yağacaq...
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Xəzərdən 200 min tondan çox zibil çıxıb
Ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) üçün əsas davamlı inkişaf meyarlarından biridir. Bu barədə Gəmiçiliyin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, AXDG gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.
Fəaliyyət Planı təsdiq olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib. “OLAYLAR”-ın xəbərinə görə, Fəaliyyət Planında BŞTİ tərəfindən 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Nazirliyinin əmri ilə bağlı maarifləndirmə işlərinin aparılması, ötən tədris ilinin yekunlarının təhlili və nəticələr əsasında əməli fəaliyyətlərin planlaşdırılması, 2017-2018-ci dərs ilində həyata keçirilməsi zəruri olan tədbirlər əksini tapıb. Həmçinin, müvafiq istiqamətlər üzrə ümumi təhsil müəssisələrinin görəcəyi işlər qeyd edilib. Fəaliyyət Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili”nin əsas məqsədi və mahiyyəti, bununla bağlı qarşıda duran vəzifələr haqqında pedaqoji kollektivlərə ətraflı məlumat verilir. “Təhsildə keyfiyyət ili” ilə əlaqədar fəaliyyətlərin vaxtında yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Pedaqoji mühazirələrin müəyyən olunmuş qayda üzrə təşkili üçün zəruri işlər görülür.
İnsan alveri və əməyin istismarına qarşı maarifləndirmə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən həyata keçirilən “Əhalinin həssas qrupları arasında insan alveri və əməyin istismarına qarşı mübarizə mövzularında seminarların təşkili” layihəsinin icrası başa çatıb.
Nazir vətəndaşlarla görüşəcək
Gənclər və idman naziri Azad Rəhimov noyabrın 3-də Ağdaşda vətəndaşları qəbul edəcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir,Tərtər, Ucar , Zərdab, şəhər və rayon sakinləri iştirak edəcəklər.
Dünyada və ölkəmizdə gedən inkişaf prosesi bələdiyyə sektorunun inkişafı üçün zəmin yaradır
Bələdiyyə orqanlarının xidmət səviyyəsinin yüksək olması qurumda çalışanların peşə hazırlıqlarından, bilik və bacarıqlarının səviyyəsindən, insan resurslarının inkişafı və idarə edilməsindən aslıdır. İnsan resursları deyəndə qurum daxilində çalışanlara yönəlmiş fəaliyyət növü başa düşülür. Buraya müvafiq qurumun daxilində, insan resurslarının planlaması, bunun üçün lazımlı iş analizlərinin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, işə qəbul və yaxud vəzifəsinin yüksəldilməsi ilə əlaqədargörüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf işləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, əmək haqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar işləri daxildir.
Modern ailəyə necə sahib olmaq mümkündür?
Bu bir danılmaz faktdır ki, ailə cəmiyyətin ən kiçik həyat vahididir. Sağlam bir cəmiyyət, ruhi istiqamətdən sağlam fərdlərin yetişdiyi ailələr ilə mümkündür. Bu mənada ailə fərdlərinin məlumatlandırılması və təhsili əhəmiyyət daşımaqdadır.
Vəkillərin sayı az, məhkəmə işləri isə çoxdur
Nəhayət ki, nümayəndəlik institu ilə bağlı qanun təsdiqini tapdı. Milli Məclis “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliklər layihələrini təsdiq etdi. Bununla Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur.
Azərbaycanda məktəbdə şok - Direktor şagirdi kabinetinə çağırıb ...
Azərbaycandakı məktəblərdən birində xoşagəlməz hadisə baş verib. Məlumata görə, insident Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanıb. İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.
Zeynəb Xanlarova Fədayənin həbsindən DANIŞDI - "Yaxşı oxuyandır. Heyif..."
Sağlamlıq imkanları məhdud gənclər Türkiyəyə təlim səfərinə yola salınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən daha 4 nəfər gənc Mərkəzin təlimçilərindən ibarət 4 nəfər müşahidəçi ilə birgə Türkiyə Respublikasına təlim səfərinə yola salınıb.














