Sosial
AMEA yeni sənəd imzalayıb
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Məlumata görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında məlumat verib.
21 yaşlı qız özünü asıb
Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb. Məlumata görə, şəhər sakini, 1996-cı il təvəllüdlü Şəmsiyyə Şəmistan qızı Zeynalova yaşadığı evdə özünü asıb. Ş. Zeynalovanın özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Prokurorluq daha bir baş redaktora xəbərdarlıq etdi
Baş Prokurorluqda aparılmış araşdırmalarla “Teref.info” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Qanunun müddəalarının tələbləri pozulmaqla dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.
Təhsil Nazirliyi Xaçmazdakı hadisəyə münasibət bildirib
Təhsil Nazirliyi Xaçmaz rayonunun Arzu kəndində məktəb direktorunun 12 yaşlı şagirdə qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı yayılan məlumatlara münasibət bldirib.
Azərbaycan dilinin orfoqrafiya lüğəti yenidən yazılacaq
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanacaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli Rəyasət Heyətinin bugünkü iclasında çıxış edərkən deyib.
ASAN Xidmətə “Azərsu”yla bağlı 37720 müraciət edilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2017-ci ilin yanvar-sentyabr aylarında bu mərkəzlərdə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərdən istifadə genişlənib.
İşsizlikdən sığorta fondunun büdcəsi məlum oldu
2018-ci ilin dövlət büdcəsinin layihəsində ilk dəfə olaraq işsizlik sığortası ilə bağlı mexanizmin tətbiqi üçün vəsait nəzərdə tutulub. Məlumata görə, bu barədə, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinin xülasəsində qeyd edilib. “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihəsinə görə, büdcədən maliyyələşən təşkilatlar və orada işləyənlər üzrə 35452,4 min manat vəsaitin icra ediləcəyi proqnozlaşdırılır.
Ölkədə 59325 nəfər Prezident təqaüdü alır
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin doqquz ayı ərzində 450912 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Sosial müavinət alanların 83.4 faizi aylıq, 16.6 faizi isə birdəfəlik müavinət alanlar olub.
Əməkdar artist Fədayə ilə bağlı çağırış etdi: “Bəsdirin!”
Penitensiar Xidmətin 21 əməkdaşı cəzalandırılıb
Məhbusların qaçması məsələsi Ədliyyə Nazirliyinin kollegiya iclasında müzakirə olunub. Nazirlikdən verilən məlumatda bildirilir ki, oktyabrın 23-də müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş vermiş fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib.
Qax rayonu kişilər üçün cənnətdir
“Qax rayonunda ziyalı qadınların sayı çoxdur və onlar istər dövlət işində, istər ictimai sektorda, istərsə də şəxsi təsərrüfatda kifayət qədər fəaldırlar. Onların imkanları var ki, öz sahibkarlıq müəssisələrini, şəxsi bizneslərini qursunlar, bölgənin turistik imkanlarından istifadə edib sosial vəziyyətlərini yaxşılaşdırsınlar. Bunun üçün onlara azca təkan vermək lazımdır”.
"Durmadan nəfəs verdim ki, bəlkə balamın nəfəsi gələr ..." - Dəhşətli intiharın təfərrüatı
"Qucağıma aldım, qaldırdım, gücüm çatmırdı. Ağzını açdım, nəfəs verdim, durmadan nəfəs verdim ki, bəlkə balamın nəfəsi gələ. Gəlmədi..."
Əjdər Tağıoğlu erməni “alim”lərini ifşa etdi
Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində tanınmış filoloq-tarixçi, türkçü alim, professor Əjdər Tağıoğlunun “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub.
Gəncədə yaşayış binasında yanğın olub
Gəncə şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın beşinci mərtəbəsində üçotaqlı mənzildə yataq dəsti yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə olunmuşdur. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakıda kafe yanıb
Bakı şəhərinin Səbail rayonunda uçmərtəbəli yaşayış binasında yanğın qeydı alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın birinci mərtəbəsində yerləşən kafedə hava təmizləyici qurğu yanmışdır. Kafe yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.














