İşsizlikdən sığorta fondunun büdcəsi məlum oldu

2018-ci ilin dövlət büdcəsinin layihəsində ilk dəfə olaraq işsizlik sığortası ilə bağlı mexanizmin tətbiqi üçün vəsait nəzərdə tutulub. Məlumata görə, bu barədə, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinin xülasəsində qeyd edilib. “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihəsinə görə, büdcədən maliyyələşən təşkilatlar və orada işləyənlər üzrə 35452,4 min manat vəsaitin icra ediləcəyi proqnozlaşdırılır.

2018-ci ilin dövlət büdcəsinin layihəsində ilk dəfə olaraq işsizlik sığortası ilə bağlı mexanizmin tətbiqi üçün vəsait nəzərdə tutulub. Məlumata görə, bu barədə, "2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyinin xülasəsində qeyd edilib. "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsinə görə, büdcədən maliyyələşən təşkilatlar və orada işləyənlər üzrə 35452,4 min manat vəsaitin icra ediləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, "İşsizlikdən sığorta haqqında" qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31