Vəkillərin sayı az, məhkəmə işləri isə çoxdur

Nəhayət ki, nümayəndəlik institu ilə bağlı qanun təsdiqini tapdı. Milli Məclis “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliklər layihələrini təsdiq etdi. Bununla Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur.

Çingiz Qənizadə: "Nümayəndəliyi ləğv ediriksə, vəkillik sahəsini inkişaf etdirməliyik"

Nəhayət ki, nümayəndəlik institu ilə bağlı qanun təsdiqini tapdı. Milli Məclis "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliklər layihələrini təsdiq etdi. Bununla Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur. Layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək. Onu da qeyd edək ki, Ali Məhkəmə spözügedən dəyişikliyi vəkillik institutunun daha da gücləndirilməsi kimi dəyərləndirir.
Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, ölkədə vəkillərin sayı kifayət qədər azdır və onların sayının artırılmasına ehtiyac var. Əgər bu, qısa zamanda baş verməzsə ciddi problemlər yaranacaq və insanların narazılığı artacaq. Q.Paşayeva bildirib ki, layihənin qəbulu ilə yanaşı, qısa zamanda vəkillərin sayının bir neçə dəfə artması üçün ciddi addımlar atılmalıdır: "Avropa Şurası ölkələri arasında da, region ölkələri arasında da ən az vəkil olan ölkələrdən biri Azərbaycandır. Ölkədə vəkillərin sayı 1000 nəfərdən azdır. Onların da əksəriyyəti paytaxtda fəaliyyət göstəririr. Regionlarda fəaliyyət göstərən vəkillərin sayı 300-ə belə çatmır. Ona görə də məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlı müzakirə olunan bu layihə millət vəkillərində bu qədər narahatlıq doğurur. Mən özüm də rayonlardan birini təmsil edirəm. Minlərlə məhkəmə işləri ilə müqayisədə vəkillərin sayı kəskin surətdə azdır. Nümayəndəlik institutu layihədə vurğulandığı kimi, yanvarın 1-dən ləğv olunduqda cəmi 930-yaxın vəkil on minlərlə məhkəmə prosesi qarşısında dayana bilməz. Bunun sayını bir az artırsaq belə çox ağır nəticələrdən qaça bilməyəcəyik. Vəkillərə onlarla müraciətlər daxil olduğu zaman onlar seçməyə başlayacaqlar, xidmət qiymətləri qalxacaq və bir çox insanlar onu ödəyə bilməyəcək, nəticədə və bu, narazılığı artıra bilər. Ona görə də əgər bu layihə qəbul olunacaqsa yanvarın 1-nə qədər vəkillərin imtahanı və fəaliyyətə başlaması prosesini və prosedurlarını surətləndirmək və sadələşdirmək lazımdır ki, onların sayı qısa zamanda ən azı 4-5 dəfə arta bilsin. O qədər gənc kadrlar var ki, biz onların vəkilliyə gəlməsi üçün prosedurları sadələşdirməliyik. Bu, problemdən əsas çıxış yoludur. Doğrudur, nümayəndəlik institutunda dələduzqluqla, fırıldaqla məşğul olaraq insanları aldadanlar, zərər vuranlar da var idi və bu, hamımızı narahat edirdi. Amma bir məsələni düzəltmək istəyəndə başqa ciddi problemlərin yaranmaması üçün paralel olaraq vəkillik institutunun inkişafı ilə də bağlı ciddi addımlar atılmalıdır. Eyni zamada nümayəndəlik institunun ləğvi, məhdudlaşdırılması ilə məhkəmə sistemində rast gəlinən bir sıra xoşagəlməz halların tamamilə aradan qalxacağını düşünmək də mümkünsüzdür. Çünki bu məsələdə problem sadəcə bir tərəfdən deyil iki tərəfdən qaynaqlanırdı. Ona görə məhkəmələrimiz də insanlar arasında bu sistemə etibarın və inamın daha da artması üçün addımlar atmalıdır. Çalışmalıyıq ki, insanlarımızın məhkəmə sistemi vasitəsi ilə hüquqlarını qoruya bilməsi imkanları daha da genişlənsin və hər kəs üçün əlçatan olsun. Ona görə də müvafiq qurumları bu məsələlərə də diqqət ayırmağa çağırırıq".
Deputat Çingiz Qənizadə bildirib ki, ölkədə vəkil çatışmazlığını aradan qaldırmaq məqsədilə hüquq firmaların sayı artırılmalıdır: "Problemi aradan qaldırmaq üçün hüquq firmaları yaradılmalıdır. Bəllidir ki, Nümayəndəlik İnstitutunda dələduzlar da var. Əgər qolda bir-iki yara varsa onu kəsmək lazım deyil, müalicə etmək lazımdır. Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 8-ci maddəsində çox böyük boşluqlar var. Niyə prokurorluq əməkdaşları yaşa, səhhətinə və sair səbəblərə görə prokurorluq orqanlarından getdikdən sonra Vəkillər kollegiyasının üzvü olmaq üçün başqalarından fərqli olaraq imtahan verir? Amma vəkil və hakim imtahan vermir. Yaxud da biz vəkillik institutunu artırmaq istəyiriksə, nəyə görə daxili işlər orqanlarında işləyən təhqiqatçılar, müstəntiqlər və digər qurumlarda işləyən müstəntiqlər xidmətkeçmə ilə bağlı qanuni şəkildə bu orqandan getdikdən sonra Vəkillər kollegiyasının üzv ola bilmirlər? Gəlin vəkillik instutunu təkmilləşdirək. Azərbaycanda vəkillərin sayı çox azdır. Məhkəmə işləri isə çoxdur. Nümayəndəliyi ləğv etmək istəyiriksə, bu zaman vəkilliklə bağlı sahəni inkişaf etdirməliyik. Vəkillərin sayını artıraq vəkillik institutunda islahatlar aparaq, sonra nümayəndəlik institutunun ləğvinə baxaq".
Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31