Sosial

Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu

1 Noyabr 2017 13:58

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı bəlli olub. Məlumata görə, parlamentin növbəti plenar iclası noyabrın 21-də keçiriləcək. Noyabrın 7-də Milli Məclisin komitələrinin birgə iclasında “2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsi”nin layihələri müzakirəsinə başlanacaq. Müzakirələr iki gün davam edəcək.

Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq

1 Noyabr 2017 13:49

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, R. Hüseynovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan yola salınacaq.

“Excelsior Hotel” birinci oldu

1 Noyabr 2017 13:39

“Excelsior Hotel & Spa Baku” oteli oktyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci olub. “OLAYLAR” -ın xəbərinə görə, “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 141 məlumat işıqlanıb.

Paytaxtın iki rayonuna su fasilələrlə veriləcək

1 Noyabr 2017 13:37

Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, buna səbəb magistral xətlərdə təmir-bərpa işlərinin aparılmasıdır. İçməli suyun verilməsində fasilə noyabrın 1-də gün ərzində baş verəcək.

Xidmət rəisi vətəndaşları qəbul edəcək

1 Noyabr 2017 13:36

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov noyabrın 16-da Xidmətin Cəlilabad rayon şöbəsində vətəndaşları qəbul edəcək.

Uşaq hüquqları mövzusu müzakirə olunur 

1 Noyabr 2017 12:11

Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində ölkə üzrə elan edilən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Dəyirmi masa”, treninq-seminar, müsabiqə və sərgilər təşkil olunur. 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın təşkilində əsas məqsəd BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasından ibarətdir.

Mübariz Qurbanlı Müsəlman Dünyası Liqasının Baş katibi ilə görüşüb

1 Noyabr 2017 12:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində oktyabrın 31-də Müsəlman Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa ilə görüşüb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, görüşdə Prezident İlham Əliyev tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlər, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

1 Noyabr 2017 12:09

Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə “SABAH” xaricdə təhsil sərgisi keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edəcək. Sərgi iştirakçıları bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və məsləhət almaq imkanı əldə edəcəklər.

“Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr”adlı layihə yekunlaşıb

1 Noyabr 2017 11:37

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsinin icrası uğurla başa çatdırılıb.

Zökəmi birdəfəlik müalicə edən üsullar - FOTOLAR

1 Noyabr 2017 11:11

Soyuq havalarda nə qədər özümüzü qorusaq da, mütləq şəkildə soyuqdəymə və qripə yaxalanırıq. Qripdən müdafiə olunmağın ənənəvi üsulları isə soğan-sarımsaq, isti əriştə və zoğallı çaydır. Bunlar da kömək etməyəndə apteklərdə satılan dərmanlar ən son çıxış yolu kimi görünür.

Səfir “Ölülər günü” nü qeyd etdi

1 Noyabr 2017 11:04

Olaylar.az bildirir ki, Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardininin iştirakı ilə Dillər Universitetinin İspan dili Mərkəzinin təşkilatçılığı ilə “Ölülər günü” bayramı qeyd olunub. Səfir Rodriqo Labardini Meksika Birləşmiş Ştatlarının ərazisi, əhalisi və coğrafi mövqeyi, eyni zamanda adıçəkilən bayramın yaranmasının tarixi kökləri, adət-ənənələri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.