“Excelsior Hotel” birinci oldu
“Excelsior Hotel & Spa Baku” oteli oktyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci olub. “OLAYLAR” -ın xəbərinə görə, “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 141 məlumat işıqlanıb.
1 Noyabr 2017 13:39 Sosial"Excelsior Hotel & Spa Baku" oteli oktyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci olub. "OLAYLAR" -ın xəbərinə görə, "Media Consulting & Services" şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 141 məlumat işıqlanıb. "Media Consulting & Services" şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565 -dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb. "AtaHolding" Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, "Excelsior Hotel & Spa Baku" otelinin fəaliyyəti ilə bağlı oktyabr ayında mətbuatda 6 pres reliz işıqlanıb. Cari ilin noyabr ayında da turizm sahəsində təhsil alan tələbələr üçün "Turizm sektorunda PR-ın əhəmiyyəti" mövzusunda təlim, moda sevərlər üçün "Baku Fashion Club"ın növbəti tədbiri və digər maraqlı tədbirlər keçiriləcək.