BVF-dən təlaş dolu xəbərdarlıq: “50 il qaranlıq...”
1 Noyabr 2017 11:46 SosialƏgər kritik qərarlar qəbul etməsək, böyük çətinliklərlə üzləşməli olacağıq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristina Lagarde deyib.
O, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edib.
Əl-Riyadda keçirilən forumda çıxışı zamanı fondun sədri bildirib ki, ekoloji problemləri həll edə bilməsək, qarşıdakı 50 ildə qaranlıq gələcəyimiz olacaq: "Başımız dərdə girəcək. Qaranlıq gələcəyə gedirik. Bizim gələcək üçün bir düzənimiz var".
Kristina Lagardeyə görə, iqlim dəyişiklikləri ilə bağlı kritik qərarların verilməməsi və ya bu istiqamətdə uğursuzluq mənfi fəsadlara səbəb olacaq:
"Bu bizim bişməyimizə, istidən boğulmağımıza səbəb olar. Mən dünya ölkələrini qlobal istiləşmə ilə mübarizə üçün Paris İqlim Müqaviləsinə dəstək verməyə dəvət edirəm".