Sosial
Baş ağrısı və stressi 30 saniyədə keçirmənin yolu
Hər səhər limon suyu içmək üçün 5 səbəb
Qripə yoluxan insanlar necə qidalanmalıdır?
Fəsil dəyişkənliyi yaşadığımız bu aylarda qripə yoluxma halları da artmaqdadır. Qrip virus səbəbiylə üst tənəffüs yollarının iltihablanmasıdır. Burunun axması, boğaz ağrısı, öskürmək, halsızlıq, yüksək tempratur və bədənin hər yerində ağrıların müşahidəsiylə özünü gösdərən qribi qısa vaxtda bədəndən atmaq üçün bəzi yeməklərdən istifadə edilməlidir.
Diqqət: Üzüm suyu ürəyi qoruyur
Mütəxəssislərə görə bitki mənşəli süd olaraq təyin olunan üzüm suyu, qan quruluşçu və antioksidan xüsusiyyətinin yanında bədənin ürək və damar xəstəliklərindən qorunmasına da köməkçi olur.
Prezident sərəncamına əsasən beynəlxalq konfrans keçiriləcək
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən noyabrın 2-də“Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
İnternet istifadəçilərinə ŞAD XƏBƏR: Bu ərazidə pulsuz "Wi-Fi" tətbiq olundu
"Bakı Telefon Rabitəsi" MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini İzmir parkına qədər genişləndirib. Bu barədə şirkətdən məlumat verilib. Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin əhatə dairəsinin "Nərimanov" parkınadək genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu parkda şəbəkə test mərhələsindədir.
Dövlət fikir və söz azadlığına xüsusi diqqət yetirir
Bir əsrdən çox yaşı olan Azərbaycan mediası, mətbuatı yarandığı gündən hazırkı mərhələsinə gəlib çıxana qədər çox keşməkeşli, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçib. Mən bu günə qədər, xüsusilə Milli Məbuatımızın təsis edildiyi tarixdən müstəqillik illərinə qədər olan dövrü, bu illərdə media sahəsində baş verən müsbət və ya mənfi hadisələri sadalamaq fikrində deyiləm.
Bakı və Abşeronun su təminatı yaxşılaşdırılacaq
Bakı şəhəri və Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində əhalinin mərkəzləşdirilmiş qaydada keyfiyyətli içməli su ilə təminatı məqsədilə layihələr davam etdirilir. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, 10 yaşayış məntəqəsində yeni içməli su və kanalizasiya şəbəkələri yaradılacaq.
Azərbaycan Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olub
Azərbaycan məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurası tərəfindən "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olub. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 2005-ci ildən etibarən iki ildən bir keçirilən bu müsabiqədə ədliyyə və məhkəmə sistemlərinin fəaliyyəti ilə bağlı Avropa Şurasının üzv dövlətləri tərəfindən təqdim olunan layihələr sırasından dörd ən qabaqcıl və səmərəli təcrübə seçilərək mükafatlandırılır. 2017-ci ildə keçirilmiş müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak edib və bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb.
Azərbaycan DİN və Gürcüstan İctimai Televiziyası “Azadlıq” radiosunu təxribatda ittiham edir
“Azadlıq” radiosunun azərbaycan xidmətinin saytında Gürcüstanın Qardabani bölgəsində azərbaycanlılarla svanlar arasında oktyabrın 26-da qarşıdurma baş verdiyi barədə ötən gün yerləşdirilmiş süjetlə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəyantla çıxış edib. Nazirlik 2014-cü ilin mayında baş vermiş insidentə dair Gürcüstan İctimai Televiziyasının süjetini indiki baş vermiş hadisə kimi “Azadlıq” radiosu tərəfindən yayılmasını “təxribat” adlandırıb.
"Qoca"ya görə həbs olunan Fədayədən ŞOK ETİRAF: "Günlərlə onun yanında qaldım"
Tanınmış müğənni Fədayə Laçınla "Qoca" ləqəbli Etibar Məmmədovun sevgi romanı sən demə, türməyə düşməmişdən öncə başlayıbmış. Belə ki, hələ 2015-ci il noyabrın 25-də müğənni Space Televiziyasında Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan "Məhəbbət əhvalatları" verilişində şəxsi həyatı ilə bağlı şok açıqlamalar verib.
Nümayəndəlik institutu rəsmən ləğv edildi
Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında 1994-ü ildə imzalanan "Əsrin müqaviləsi"nin müddətinin uzadılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.
Hərracda avtomobillərə maraq artıb
Oktyabrın 31-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, budəfəki hərracda nəqliyyat vasitələri üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan “Kia Sportage” nəqliyyat vasitəsinə 5 sifariş verilib. Start qiyməti 4000 manata olan bu avtomobil ən son 10 min 300 manata özəlləşdirilib.
Nümayəndəlik institutu ilə bağlı sənəd müzakirəyə çıxarılıb
Milli Məclisin (MM) oktyabrın 31-də keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb.














