Bakı və Abşeronun su təminatı yaxşılaşdırılacaq

Bakı şəhəri və Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində əhalinin mərkəzləşdirilmiş qaydada keyfiyyətli içməli su ilə təminatı məqsədilə layihələr davam etdirilir. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, 10 yaşayış məntəqəsində yeni içməli su və kanalizasiya şəbəkələri yaradılacaq.

Bakı şəhəri və Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində əhalinin mərkəzləşdirilmiş qaydada keyfiyyətli içməli su ilə təminatı məqsədilə layihələr davam etdirilir. "OLAYLAR"-ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə, 10 yaşayış məntəqəsində yeni içməli su və kanalizasiya şəbəkələri yaradılacaq. Hazırda 7 kənd və qəsəbədə  tikinti-quraşdırma işləri davam etdirilir, digər 3 qəsəbədə isə inşaat işlərinə yaxın vaxtlarda başlanılacaq. Ümumilikdə 10 yaşayış məntəqəsində 70 km içməli su, 11 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində kənd və qəsəbələrdə 26 km içməli su, 2 km kanalizasiya xətləri inşa edilib. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Kənd və qəsəbələrdə yeni su və kanalizasiya şəbəkələrin yaradılması nəticəsində 37 min nəfərin içməli su təchizatı, 9 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşacaq. 3 km uzunluğunda Mərdəkan-Şağan-Şüvəlan magistral su xəttinin istismara verilməsi perspektivdə Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində 54 min nəfərin içməli su təminatına imkan yaranacaqdır. Ümumilikdə bu layihələrdən 100 min nəfər sakin yararlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31