Baş ağrısı və stressi 30 saniyədə keçirmənin yolu

Son zamanlar insanların ən çox şikayət etdiyi problemlər içərisində baş ağrısı və stress mühüm yer tutur. Bir çox dərman vasitələrindən istifadə etməklə bu problemlərdən qurtulmaq mümkündür. Lakin bu üsulun mənfi cəhətləri də ola bilər. Belə olan halda, insanlar təbii yollara müraciət edirlər.

deyerler.org  bildirir ki, baş ağrısının nə vaxt gələcəyi sizə məlum deyil. Bu səbəbdən də, yanınızda ağrıkəsicinin olmadığı hallar vardır. Bundan əlavə, tez-tez ağrıkəsici istifadə etmək həm bədəni yorar, həm də mütəxəssislər tərəfindən təklif edilməməkdədir. Bu sadə üsulu istifadə edərək yalnız 30 saniyədə baş ağrınızdan və ya stressinizdən xilas ola bilərsiniz. Belə ki, bədənimizdə bəzi aktiv nöqtələr vardır. Bu nöqtələrə masaj edildiyində ağrılar azala , hətta tamamilə aradan qalxa bilər.
Əlinizdəki şəhadət barmağıyla baş barmağınız arasındakı nöqtəyə təzyiq tətbiq edərək baş ağrısından xilas ola bilərsiniz. Təzyiqi 30 saniyə ərzində davam etdirin. Ardından əl dəyişdirərək digər əlinizə də tətbiq edin. Doğru tətbiq etdiyiniz halda, baş ağrısının keçdiyini görəcəksiniz. Bu həqiqətən də, işə yarayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00