Azərbaycan Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olub

Azərbaycan məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurası tərəfindən "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olub. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 2005-ci ildən etibarən iki ildən bir keçirilən bu müsabiqədə ədliyyə və məhkəmə sistemlərinin fəaliyyəti ilə bağlı Avropa Şurasının üzv dövlətləri tərəfindən təqdim olunan layihələr sırasından dörd ən qabaqcıl və səmərəli təcrübə seçilərək mükafatlandırılır. 2017-ci ildə keçirilmiş müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak edib və bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb.

Azərbaycan məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurası tərəfindən "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olub. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 2005-ci ildən etibarən iki ildən bir keçirilən bu müsabiqədə ədliyyə və məhkəmə sistemlərinin fəaliyyəti ilə bağlı Avropa Şurasının üzv dövlətləri tərəfindən təqdim olunan layihələr sırasından dörd ən qabaqcıl və səmərəli təcrübə seçilərək mükafatlandırılır. 2017-ci ildə keçirilmiş müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak edib və bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb. Digər qalib gələn üç layihə Norveç, Bolqarıstan və İtaliya tərəfindən təqdim edilib. Avropa məkanında qeyd olunan 25 oktyabr - "Avropa Ədliyyə Günü" ərəfəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq şəhərində tarixi "Parlament Evi"ndə "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin cari ildə qalib elan olunmuş dövlətlərin mükafatlandırma mərasimi keçirilib. Avropa Şurasının və Şotlandiyanın məhkəmə sisteminin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31