Hərracda avtomobillərə maraq artıb
Oktyabrın 31-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, budəfəki hərracda nəqliyyat vasitələri üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan “Kia Sportage” nəqliyyat vasitəsinə 5 sifariş verilib. Start qiyməti 4000 manata olan bu avtomobil ən son 10 min 300 manata özəlləşdirilib.
31 Oktyabr 2017 15:45 SosialOktyabrın 31-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, budəfəki hərracda nəqliyyat vasitələri üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan "Kia Sportage" nəqliyyat vasitəsinə 5 sifariş verilib. Start qiyməti 4000 manata olan bu avtomobil ən son 10 min 300 manata özəlləşdirilib. Eyni tendensiya "Daewoo Leganza" markalı avtomobilin hərracında da müşahidə edilib. Belə ki, ilkin start qiyməti 1 127 manata olan avtomobil 1 900 manata sahibini tapıb. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Biləsuvar və Ağstafa şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və tikinti sahələrində əlverişli hesab edilir. Belə ki, Biləsuvarda yerləşən ümumi faydalı sahəsi 106,2 kvadratmetr olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Ağstafada yerləşən Qazax Kənd Tikinti Birliyi də sahibi üçün qazanclı obyektdir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 179,8 kvadratmetr təşkil edir. Torpaq sahəsi isə 3 170 kvadratmetrdir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 108 kvadratmetr təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nizami, Nəsimi, Binəqədi rayonlarında yerləşir. Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Binəqədi rayonunda yerləşir. Həmin əmlak 9 min manata sahibini tapıb.