Nadir Qafarzadə canlı efirdə toylara yazdırdığı pullardan danışdı: "Adam var 10 min, adam var 100 min..." - VİDEO
1 Noyabr 2017 11:27 SosialMüğənni Nadir Qafarzadə qonaq kimi dəvət olunduğu toylara yazdırdığı məbləğdən danışıb.
A24.Az xəbər verir ki, N.Qafarzadə Xəzər TV-də "5də 5" verlişinin qonağı olub. Aparıcı Zaur Kamal müğənnidən qonaq kimi iştirak etdiyi toylarda ən çox nə qədər pul yazdırdığını soruşub. Nadir deyib ki, indiyədək toya yazdırdığı ən böyük məbləğ 1000 manat olub. Amma müğənni həmin məbləği kimin toyuna yazdırdığını açıqlamayıb.
"Bunu deyə bilmərəm. Sonra yozurlar. Sən başqa şey fikirləşirsən, bəziləri başqa şey. Adam var 10 min yazdırır, adam var 100 min yazdırır. Sənin oğlunun toyuna 2 min manat yazdıracam", - deyə Nadir Zaurun sualına cavab verib.
A24.Az həmin görüntüləri təqdim edir:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00