Səfir “Ölülər günü” nü qeyd etdi
Olaylar.az bildirir ki, Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardininin iştirakı ilə Dillər Universitetinin İspan dili Mərkəzinin təşkilatçılığı ilə “Ölülər günü” bayramı qeyd olunub. Səfir Rodriqo Labardini Meksika Birləşmiş Ştatlarının ərazisi, əhalisi və coğrafi mövqeyi, eyni zamanda adıçəkilən bayramın yaranmasının tarixi kökləri, adət-ənənələri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
1 Noyabr 2017 11:04 SosialOlaylar.az bildirir ki, Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardininin iştirakı ilə Dillər Universitetinin İspan dili Mərkəzinin təşkilatçılığı ilə "Ölülər günü" bayramı qeyd olunub. Səfir Rodriqo Labardini Meksika Birləşmiş Ştatlarının ərazisi, əhalisi və coğrafi mövqeyi, eyni zamanda adıçəkilən bayramın yaranmasının tarixi kökləri, adət-ənənələri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
İnteraktiv şəkildə keçən tədbirdə səfir Rodriqo Labardini tələbələri maraqlandıran sualları cavablandırıb.
Həmçinin Universitetdə "Ölülər günü" bayramı münasibətilə stend qurulub. Stenddə bayramın xüsusiyyətlərini özündə əks etdirən şirniyyatlar və digər nümunələr təqdim olunub.
***