İnsan alveri və əməyin istismarına qarşı maarifləndirmə tədbirləri həyata keçirilib

Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən həyata keçirilən “Əhalinin həssas qrupları arasında insan alveri və əməyin istismarına qarşı mübarizə mövzularında seminarların təşkili” layihəsinin icrası başa çatıb.

Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən həyata keçirilən "Əhalinin həssas qrupları arasında insan alveri və əməyin istismarına qarşı mübarizə mövzularında seminarların təşkili" layihəsinin icrası başa çatıb. "OLAYLAR"-a daxil olan məlumata görə, üç ay müddətində icra olunmuş layihə çərçivəsində vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə gənclərin insan alveri və əməyin istismarı qurbanlarına çevrilməməsi və əksinə bu kimi problemlərə qarşı ayıq olub, mübarizə aparması üçün maariflənməsi həyata keçirilib. Layihənin iş planına uyğun olaraq tədbirlər Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetində təşkil olunub. Hər üç tədbirdə ölkədəki vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən Ofisin rəhbər müavini Leyla Yolçiyeva Azərbaycan Hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək vətəndaş cəmiyyətinin də proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. O, bu sahədə görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, hələ də istənilən nəticənin alınmamasını təəssüf hissi ilə bildirub. Onun fikrincə insan alveri, əməyin istismarı və narkomaniyanın təkcə dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin problemi olması proseslərə QHT-lərin, geniş ictimaiyyətin fəal qoşulmasını zəruri edir.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi cəmiyyətin insan alveri və əməyin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi üçün bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirtməkdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31