AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı olub

Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində yerləşən universitet məzunu olmuş şəhidlərin xatirə kompleksi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Texniki Universitetinin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub.

Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə tədbir keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində yerləşən universitet məzunu olmuş şəhidlərin xatirə kompleksi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Texniki Universitetinin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub.

Muzeyin açılışında AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu universitetin məzunu olmuş 10 nəfər Milli Qəhrəman var. Onların fəaliyyətinin, döyüş yolunun, qəhrəmanlıqlarının hər zaman tələbələr üçün örnək göstərildiyini qeyd edən prorektor deyib ki, xatirə muzeyində, AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlarla yanaşı, universitetin 1990-cı illərin əvvəllərində Vətənin bütövlüyü, suverenliyi uğrunda canını fəda edən şəhid məzunları, o cümlədən ötən ilin aprel ayında Azərbaycan xalqına şanlı zəfər bəxş edən igidlərin xatirə lövhələri, onlar haqqında məlumatlar var. Açılışda iştirak edənlər muzeyin önəminə diqqət çəkərək vurğulayıblar ki, xatirə muzeyinin məhz universitetdə, tələbələrin gediş-gəlişinin sıx olduğu bir yerdə yaradılması vətənpərvərlik hissini daha da gücləndirəcəkdir. Muzeyin açılışından sonra iştirakçılar 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 xüsusi təyinatlı kəşfiyyatçımıza həsr olunmuş "Səkkiz oğul istərəm..." filminin təqdimat mərasiminə toplaşıblar. Sonda Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları ilə tədbirə yekun vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31