Mərkəzi Elmi Kitabxanada yanğın təhlükəsizliyi ilə bağlı seminar
AMEA Mərkəzi Elmi Kitabxanasında elmi müəssisə və təşkilatlarda yanğn təhlükəsizliyi ilə bağlı seminar keçirilib. Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxananın təşkilati dəstəyi ilə AMEA Rəyasət Heyəti ikinci xüsusi şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İdarəsi, FHN Dövlət Yanğın Nəzarəti Xidməti, AMEA elmi müəssisə və təşkilatlaırnın ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri, yanğınsöndürmə manqalarının komandirləri ilə birgə seminar müşavirə keçirilib.
1 Noyabr 2017 16:02 SosialAMEA Mərkəzi Elmi Kitabxanasında elmi müəssisə və təşkilatlarda yanğn təhlükəsizliyi ilə bağlı seminar keçirilib. Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxananın təşkilati dəstəyi ilə AMEA Rəyasət Heyəti ikinci xüsusi şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İdarəsi, FHN Dövlət Yanğın Nəzarəti Xidməti, AMEA elmi müəssisə və təşkilatlaırnın ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri, yanğınsöndürmə manqalarının komandirləri ilə birgə seminar müşavirə keçirilib.
Seminarı giriş sözü ilə açan AMEA-nın şöbə rəisi Eldar Quliyev qeyd edib ki, hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, əməkdaşlar maarifləndirilməli, mənəvi-psixoloji cəhətdən hazırlanmalıdır. FHN-nin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə idarəsinin rəis müavini Qüdrət Ağayev hazırda dünyada fövqəladə hadisələr zamanı insan resurslarının qorunmasının əsas məsələ olduğunu, ölkəmizdə də bu sahədə bir neçə qanunvericilik aktlarının qəbul bildirib.
Sonda Fövqəladə Hallar Naziriliyin fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. Həmçinin yanğının baş verməməsi üçün təbliğati xarakterli qısa videofilm izlənilib.