Sosial

3 uşağını atıb başqasına qaçan ana barədə QƏRAR VERİLDİ

6 Noyabr 2017 14:58

Bu barədə Olaylar.az – a  Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli məlumat verib. Onun sözlərinə görə, uşaqların qəyyumluq hüququ Xəyalə Kərimovadan alınıb: “Uşaqların qəyyumluğu hazırda Azərbaycan Uşaqlar Birliyinə verilib. Uşaqların üçü də burdadır, vəziyyətləri də yaxşıdır”. Vasif Akifli onu da qeyd edib ki, Uşaqlar Birliyi tərəfindən nənənin uşaqları küçədə atması və valideyin diqqətsizliyi ilə bağlı məhkəməyə müraciət olunacaq.

Azərbaycan Ordusunun itlərinə erməni dili də öyrədiləcək

6 Noyabr 2017 14:54

Azərbaycan Ordusunda Kinologiya mərkəzi 1992-ci ildən fəaliyyətə başlayıb. Hazırda mərkəzdə xüsusi itlər yetişdirilir və seçilərək təyinatı üzrə bölmələrə verilir. Burada ümumilikdə 30 baş xidməti itə təlim keçilir. Onlardan 13 başı erkək, 17 başı isə dişi itlərdir.

Azərbaycandan tutulan nəhəng balıq Türkiyədə məşhur oldu: şəkil çəkdirmək üçün növbədir

6 Noyabr 2017 14:52

Azərbaycanda dənizdən tutulmuş nəhəng ton balığı Türkiyədə böyük maraq doğurub. Muş şəhərində bazara çıxarılan 65 kiloqramlıq ton balığı ilə foto çəkdirmək üçün insanlar növbəyə düzülüblər. Balıq satışı ilə məşğul olan Fırat Alaslan onu Azərbaycandan alaraq gətirdiyini deyib. Onun sözlərinə görə, bir gün bazarda nümayiş etdirəndən sonra satışa çıxarmaq niyyətindədir.

“Azərbaycan inkişaf etmiş ölkələrlə müqayisədə....”

6 Noyabr 2017 14:46

Bu gün Azərbaycan Pentenssiar Xidmətin inkişafı və məhkumların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində qısa müddətdə çox böyük islahatlar həyat keçirməyi bacarmış dövlətlərdən demək olar ki, birincisidir. Belə ki, hər bir cəmiyyətdə cinayətlərin anlaqlı və yaxud anlaqsız olmasından aslı olmayaraq baş verə biləcəyi mümkünlüyü nəzərdə tutulsa da, hər bir cinayətə görə cəzanın ədalətli və yaxud ədalətsiz təyin edilməsi, cəza çəkən şəxsin məhkumluqla bağlı həyat şəraiti hər bir ölkə üçün fərqli şəkildə səciyyəvidir.

Ukraynadakı Azərbaycan diasporu sədrindən tarix elminə böyük tövhə  

6 Noyabr 2017 14:40

Bu günlərdə Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri, “Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası”nın rəhbəri Fərhad Turanlı “Türk-Osmanlı yazılı mənbələrində XVI–XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” tarix elmlər doktorluğu disertasiyası mövzusunda yazdığı monoqrafiyasını Taras Şevçenko adına Kyiv Milli Universitetinin Xüsusi Elmi Şurasında– tarix yazıcılığı, mənbəşünaslıq və xüsusi tarixi fənlər ixtisası üzrə elmi müdafiə edib. Bu barədə məlumat “OLAYLAR”-a “Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası”ndan daxil olub.

Narkotik hazırlayanların cəzaları dəyişdirilir

6 Noyabr 2017 14:39

Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda əlavə və dəyişiklik edilməsi, o cümlədən “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiqlənməsi təklif olunur.

Ölkədə niyə vəkil qıtlığı yaşanır?

6 Noyabr 2017 14:34

Ölkədə nümayəndəlik institunun ləğvi bu gəaliyyətlə məğul olan şəxsləri razı salmayıb. Elə bu səbədən də bir neçə hüquqşünaslar təşkilatı, eyni zamanda nümayəndəlik fəaliyyəti göstərən şəxslər oktyabrın 31-də Milli Məclisdə Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliyin qəbul olunmasından narahatlıq keçirdiklərini ifadə edərək, Azərbaycan prezidentindən öz müstəsna səlahiyyətindən istifadə edərək qanuna yenidən baxılması barədə göstəriş verməsini xahiş ediblər. Hüquqşünaslar hesab edirlər ki, Azərbaycanda lazımi səviyyədə vəkil korpusunun olmadığı bir şəraitdə nümayəndəlik institutunun ləğvi məhkəmələrdə insanların keyfiyyətli müdafiəsinin təşkil edilməsində deyil, əksinə ciddi narazılığın yaranmasına şərait yaradacaq. Hüquqşünaslar yaranmış vəziyyətlə bağlı öz təkliflərini də veriblər.

Alkoqolizmin insana və cəmiyyətə zərərləri

6 Noyabr 2017 14:31

ünümüzdə cəmiyyətin üzləşdiyi prolemlərdən biri də alkoqolizmdir. Hər gün küçədə, mərkəzi meydanlarda onlarla insanla rastlaşırıq ki, onlar məhz alkoqolizmdən əziyyət çəkirlər. Gün ərzində əzab-əziyyətlə qazandıqları pulları gün sonunda araq və ya digər spirtli içkiyə verərək beləcə ömürlərini, həyatlarını yola verirlər.

Əgər söhbət keyfiyyətli müdafiədən gedirsə...

6 Noyabr 2017 14:23

Ölkədə nümayəndəlik institunun ləğv edilməsi bu sahə ilə məşğul olanları narahat etməklə yanaşı, mütəxəssilər arasında fikir ayrılığına da səbəb olub. Gətirlən əsas arqument ondan ibarətdir ki, Azərbaycanda vəkillərin sayının az olması səbəbindən nümayəndəlik institutunun ləğvi ciddi problemlərə yol aça bilər.

Elçin Hüseynbəyli yazır... Ədəbiyyatımızın maralları

6 Noyabr 2017 14:21

Ötən yazımda demişdim ki, ölkəmizdə ədəbiyyat maralları çoxdur. Onların ədəbiyyata gəlişi Böyük Ruhla bağlı olmasa da, bəzi kasıb qələm əhlini dolandırmaqla özlərinə savab qazanırlar. Belələrindən bir neçəsini şəxsən tanıyıram. Amma qəribə birisi haqqında mütləq deməliyəm. Onun şeir yazması şöhrətpərəstlikdın daha çox, var-dövlət qazanmaq istəyindən irəli gəlirdi.

Rüstəm Behrudi xəstəxanaya yerləşdirildi

6 Noyabr 2017 14:17

Tanınmış şair Rüstəm Behrudi özəl xəstəxanaların birinə yerləşdirilib. Şair bu saatlarda əməliyyat olunacaq. Şairin həkimi Cəfər Nəsirli xəbəri yenicag.az-a təsdiqləyib: "Bu dəqiqələrdə Rüstəm Behrudi əməliyyata hazırlanır. O, əzələ yırtığından əziyyət çəkir. İnşallah, əməliyyat uğurla keçəcək”.

Qışda yenə donacağıq? – Rəsmi açıqlama

6 Noyabr 2017 14:00

Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinin (ASC) istilik təsərrüfatlarında 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Prokurorlara əlavə səlahiyyət verirlir

6 Noyabr 2017 13:57

Azərbaycanda prokurorluq orqanlarına əlavə səlahiyyət verilir. “Olaylar”xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Məcəllənin 54-cü (İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti) maddəsinə 538-1.4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından əsassız imtina olunmasına görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) və 538-1.6 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya tələblərinə cavab verən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və ya akkreditasiya attestatının ləğvinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddələri əlavə olunur.

Azərbaycanda daxili və xarici borcalmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur

6 Noyabr 2017 13:47

Azərbaycan Cinayət Məcəlləsinə yeni 195-2 (Daxili və xarici borcalma) maddəsinin əlavə edilməsi üçün prezidentİlham Əliyev tərəfindən Milli Məclisə layihə təklif olunub. Məlumata görə, layihəyə əsasən maddədə bildirilir ki, dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almadan daxili və ya xarici borcalması dövlətə xeyli miqdarda ziyan vurduqda 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən üç mislinədək miqdarda cərimə, yaxud 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Şamaxıda QORXUNC OLAY: 55 yaşlı kişi özünü 12 metrlik su quyusuna atdı

6 Noyabr 2017 13:41

Şamaxı rayonunda 55 yaşlı kişi özünü su quyusuna ataraq intihara cəhd edib. Məlumata görə, hadisə rayonun Şərədil kəndi ərazisində baş verib. Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Əlimuxtar Mayis oğlu Muxtarov özünü yaşadığı evin həyətində yerləşən 12 metir dərinliyi olan su quyusuna atıb.