Sosial

Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib

6 Noyabr 2017 13:30

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gənclərin əmək bazarına inteqrasiyasına yönələn tədbirlərin davamı olaraq, Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında  aktiv məşğulluq tədbiri keçirib.

Ekologiyanı pozanlara qarşı 46 min manatlıq cərimə

6 Noyabr 2017 13:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyi pozanlara qarşı 46 min manatlıq cərimə tətbiq edib. Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 245 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli “məcburi göstəriş” verilib.

Turizm sahəsində PR-ın təşkilinə dair seminar keçiriləcək

6 Noyabr 2017 13:17

Noyabrın 14-də “Excelsior Hotel & Spa Baku” otelinin “Dəhnə” zalında “AtaTravel” MMC-nin dəstəyi ilə turizm ixtisası üzrə təhsil alan tələbələr üçün turizmdə PR-ın təşkili və əhəmiyyəti mövzusunda seminar keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, təlimçilər “Alibayov Consulting” şirkətinin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti Vəli Əlibəyov və "AtaHolding"-in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova iştirakçılara turizm sahəsində PR fəaliyyətinin təşkili, əhəmiyyəti, turizmin müxtəlif məsələləri ilə bağlı ictimai rəyin düzgün formalaşdırılması üsulları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yolları öyrədiləcək, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişləri aşılanacaq.

Bərdə rayonunda Tərtərçay üzərində yerləşən körpü bərpa olunur 

6 Noyabr 2017 13:15

Respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 29-cu km-də, Tərtərçay üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpüdə bərpa işlərinə başlanılıb. “OLAYLAR”-ın xəbərinə görə, “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altnda texnoloji ardıcıllığa riayət edilməklə aparılan bərpa işləri zamanı körpünün dayaqlarında əlavə bərkitmə işləri görülür.

Fiziki qüsurlu məktəblilər üçün yeni imkan 

6 Noyabr 2017 13:14

“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihəyə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, layihəyə başlanılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 59 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə BŞTİ-nin sektor müdirləri Anar Qədiməliyev və Bəşarət Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, məktəbin direktoru Kəmalə Şıxlinskaya, müəllimlər, 55 və 95 nömrəli tam orta məktəblərin sağlamlıq imkanları məhdud olan şagirdləri və media nümayəndələri iştirak edib. 

Hava qeyri-sabit keçəcək

6 Noyabr 2017 13:11

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

111 dövlət əmlakı hərraca çıxarılıb

6 Noyabr 2017 13:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, onlardan 19-u səhmdar cəmiyyətləri, 17-i kiçik dövlət müəssisə və obyekti, 75-i isə istifadəsiz qeyri-yaşayış sahəsidir.

Azərbaycanda “Rəşadət” ordeni təsis edilir

6 Noyabr 2017 12:51

Azərbaycanın bütün silahlı qüvvələri üçün yeni “Rəşadət” ordeni təsis edilir. Məlumata görə, ordenin təsdiq olunması ilə bağlı layihə prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. Layihəyə görə, “Rəşadət” ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunacaq:  - Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

Azərbaycanda nikaha girmək istəyən cütlüklər ŞOK OLDU

6 Noyabr 2017 12:49

Bu ilin oktyabr ayında nikaha girmək istəyən cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Bu barədə  B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutundan məlumat verilib. Ötən ay ərzində 11328 nəfər nikahdan əvvəl icbari tibbi müayinədən keçib. Müayinə nəticəsində 300 nəfərdə talassemiya daşıyıcılığı, 26 nəfərdə siflis, 8 nəfərdə QİÇS aşkarlanıb.

İstanbulda türk dilinə tərcümə olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib

6 Noyabr 2017 12:09

5-dən İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində türk dilinə tərcümə olunub qardaş ölkədə nəşr olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonumuzda təşkil olunan təqdimatda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, tərcüməçi Yursevən Şən və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Sevinc Fırat Zənginin Yayınçılıq tərəfindən türk dilində nəşr olunan əsərlər Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük əhəmiyyət daşıyır.

Keçən ay Təhsil Nazirliyinin “Qaynar xətti”nə 11 218 zəng daxil olub

6 Noyabr 2017 12:08

Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzinə ümumilikdə 15 767 müraciət daxil olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Telefon Məlumat Mərkəzində 11 218 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 549 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 920 sənəd (950 məktub, 660 ərizə, 310 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Sürücülərə ŞAD XƏBƏR - Bu qayda pozuntusu daha məsuliyyət yaratmayacaq

6 Noyabr 2017 12:04

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə cəza nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır. Bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur.

6 yaşlı azərbaycanlı Rusiyanı HEYRAN ETDİ - VİDEO

6 Noyabr 2017 11:50

"Rusiya 1” telekanalında yayımlanan "Удивительные люди” (Heyrətamiz insanlar) şousunda iştirak edən 6 yaşlı azərbaycanlı Ruslan Səfərov növbəti çıxışında yenidən hər kəsi təəccübəndirə bilib.

Milli Məclisdə büdcə müzakirələri başlayır

6 Noyabr 2017 11:47

Noyabrın 7-dən Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirəyə çıxarılacaq. “Olaylar” xəbər verir ki, müzakirələr iki gün davam edəcək. Noyabrın 21, 22, 23-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Deputat Eldar İbrahimova ağır itki

6 Noyabr 2017 11:44

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimova ağır itki üz verib. “Olaylar” xəbər verir ki, millət vəkilinin qayınanası Səriyyə xanım vəfat edib. Vəfat edən xanım həmçinin, Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayevin anasıdır. Allah rəhmət eləsin!