Sosial

Binəqədi şossesinin asfaltlanması işlərinə başlanılıb

6 Noyabr 2017 17:03

Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şossesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsinə start verilib. 

Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığı möhkəm dayaqlara malikdir

6 Noyabr 2017 16:56

Adətən demokratik cəmiyyətlər bir neçə mühüm xüsusiyyətlərinə görə fərqlənir, seçilirlər. Hansı ki, həmin xüsusiyyətlər, ölçülər demokratik inkişaf yolunu tutmuş, bu yolla addımlamağı qarşına məqsəd qoymuş ölkələr, dövlətlər üçün xarakterikdir. Bir qayda olaraq, həmin norma və prinsiplərin biri olmadıqda, əksiklik yarandıqda, yaxud onun təmin olunması minimum səviyyədə belə özünü göstərmədikdə həmin cəmiyyət, ölkə, antidemokratik cəmiyyət, dövlət kimi xarakterizə edilir.

Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişikliklər edilir

6 Noyabr 2017 16:38

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddəti ilə əlaqədar qanunvericiliyə bəzi dəyişikliklər edilməsi təklif olunur. Milli Məclisdən verilən məlumata görə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

MSK-nın bəzi səlahiyyətləri əlindən alınır

6 Noyabr 2017 16:21

Mərkəzi Seçki Komissiyasının bəzi səlahiyyətləri əlindən alınır. Məlumata görə, bununla bağlı Seçki Məcəlləsinin 25-ci maddəsinin (Mərkəzi Seçki Komissiyasının vəzifələri) 25.2.6-cı və 25.2.11-ci bəndlərinə dəyişiklik təklif edilir.

Putin azərbaycanlı həkimlə bağlı sərəncam imzaladı

6 Noyabr 2017 16:04

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı Fuad Əliyevə “Rusiya Federasiyasının əməkdar həkimi” adının verilməsi barədə sərəncam imzalayıb. Tümen Dövlət Tibb Universitetinin cərrahiyə kafedrasının müdiri Fuad Əliyev bu ada tibb sahəsindəki xüsusi xidmətlərinə görə layiq görülüb. Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir. 

İraqda vəfat edən azərbaycanlı zəvvar tanınmış prodüser imiş...

6 Noyabr 2017 16:02

İraqın Nəcəf şəhərinə, Ərbəin ziyarətinə gedən və orada dünyasını dəyişən azərbaycanlı zəvvar, Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Ağakişiyev Fikrət Abdulxaliq oğlu Bakıda uzun illər bir neçə tanınmış müğənninin prodüseri, eləcə də şoumen kimi çalışıbmış.

“Ekran və efirdə ədəbi dil normaları” layihəsi Gəncə və Tovuzda

6 Noyabr 2017 15:57

Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi davam edir. Olaylar.az bildirir ki, AMEA - nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçirilən mühazirələr və təlimlər dinləyicilərin böyük marağına səbəb olub. AMEA-nın Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Gəncənin “Kəpəz ARB” Müstəqil Teleradio Şirkətində olub. Alim bu dəfə “Telekanallarda üslub xətalarının aradan qaldırılması” mövzusunda çıxış edib. İnstitutun Monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva “Terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə şifahi və yazılı formada istifadə qaydaları” mövzusunda danışıb. Alimlər televiziya işçilərinə ekran və efirdə ədəbi dil normalarının qorunması ilə bağlı lazımı materiallar təqdim ediblər.

Ödənişli yolların əhatə dairəsi dəqiqləşdirilir

6 Noyabr 2017 15:53

Azərbaycan parlamenti “Avtomobil yolları haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır. Dəyişiklik ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir.“Olaylar” xəbər verir ki, “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb.

Nazir tapşırıq verdi: nöqsana yol vermiş əməkdaşlar intizam məsuliyyətinə cəlb ediləcək

6 Noyabr 2017 15:51

Vergilər Nazirliyinin kollegiya iclasında vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması vəziyyəti geniş müzakirə edilib. Bildirilib ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onlara vaxtında və obyektiv baxılaraq cavablandırılması ilə bağlı məsələlər həmişə Vergilər Nazirliyinin diqqət mərkəzində saxlanılır, hər ay vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti haqqında vergilər nazirinə müvafiq hesabat təqdim edilir.

Odlar Yurdu Universitetində tələbə və məzunlar üçün əmək yarmarkası keçirilib

6 Noyabr 2017 15:49

Odlar Yurdu Universitetində gənclərin əmək bazarına inteqrasiyasına yönələn tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi ilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib. 

Vergilər Nazirliyində kadr dəyişikliyi aparılıb

6 Noyabr 2017 15:49

 Vergilər nazirinin əmri ilə Nazirliyin struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb. “Olaylar” xəbər verir ki, Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru, Milli Gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə keçiriliblər. Zöhrab Ömərov Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru, Zamin Rzayev Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru təyin ediliblər.

UNEC Gənc Müəllimlər Şurası yaradılıb

6 Noyabr 2017 15:46

UNEC rektoru, professor Ədalət Muradov gənc müəllimlərlə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrini səsləndirdiyi mühüm nitqi nümayiş etdirilib. Görüşdə UNEC-də həyata keçirilən “Gənc professorlar” və “Gənc müəllimlər” layihəsinin əhəmiyyəti vurğulanıb.

Ermənilər azərbaycanlı generalın fotosunu paylaşdı

6 Noyabr 2017 15:44

Erməni “facebook” istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb.  “OLAYLAR”-ın xəbərinə görə, general-leytenant Yaşar Aydəmirov fotoda Şəhid anasının əlini öpür. Erməni “facebook” istifadəçisi Haykaz Gevorgyan fotonun “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.

Azərbaycan Teleradiosu: böyük uğurlar yolunda

6 Noyabr 2017 15:31

91 il əvvəlin gözəl bir payız günündə - 1926-cı ilin 6 noyabrında Bakıda baş verən əlamətdar hadisə ilə böyük bir yol başladı, möhtəşəm bir salnamənin ilk səhifəsi yazıldı.

İşə qəbul üzrə imtahanlar başa çatıb

6 Noyabr 2017 15:21

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb. “OLAYLAR”-a Təhsil Idarəsindən bildirilib ki, imtahanda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə dəvət olunan 367 nəfərdən 229-u,tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə dəvət olunan 168 nəfərdən 119-u,  psixoloq vəzifəsinə işə qəbul üzrə dəvət olunan 179 nəfərdən 108-i, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə dəvət olunan 65 nəfərdən42-si iştirak edib. Təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 1 saat ərzində cavablandırıblar. Kitabxanaçı vəzifəsi üzrə müsabiqəyə qatılan şəxslərə isə 30 sualdan ibarət test tapşırığını cavablandırmaq üçün 45 dəqiqə vaxt verilib.