Sosial
Təhsil Nazirliyindən "Şahmat" fənninin tədrisi ilə bağlı AÇIQLAMA
Məşhurların hər gün eyni paltar geyinməsinin 4 SİRRİ - FOTO
Artıq kişilər də hamilə qalacaq-ŞOK
ŞAD XƏBƏR! 150 min işçinin məvacibi artırılacaq
İlham Əliyev metroya mindi və - FOTO
Şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişikliklər edilir
Aydın Mirzəzadə və Rasim Musabəyov tələbələrlə görüşüblər
Noyabrın 6-da Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının təşəbbüsü ilə Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə və politoloq, millət vəkili Rasim Musabəyov Auditoriya+ proqramı çərçivəsində universitetin tələbələri ilə görüşüblər. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tədbirin kafedranın “Analitik düşüncə” layihəsi çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün maraqlı olacağına əminliyini ifadə edib.
Eldar Mahmudovun istintaq sonrası gizli fotoları yayıldı - eksklüziv
Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə bağlı məlumatlar yayılmışdı. Sabiq MTN rəhbərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən çəkilmiş fotolarını əldə edib.
Tərtərdə yürüş olacaq
Noyabrın 8-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirəcək. Təhsil Nazirliyindən verilən məlumata görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Regionlarda maarifləndirici toplantıların keçirilməsinə start verilir
Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" barədə geniş səhiyyə ictimaiyyətini məlumatlandıqmaq məqsədi ilə regionlarda maarifləndirici toplantıların keçirilməsinə start verilir.
Ağdamda dəhşətli qəza: ölən və yaralanan var
Ağdam rayonunun Əfətli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən mlumata görə, noyabrın 5-də saat 18 radələrində Ağdam rayonunun Əfətli kəndi ərazisində Mahrızlı kənd sakini Rahib Məmmədovun idarə etdiyi “VAZ-21011” və Qaradağlı kənd sakini Şamil Mirzəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Məmmədovun sərnişini, həmkəndlisi Şakir Ağamalıyev hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdiriliblər. Ş.Mirzəyev orada ölüb. Ağdam RPŞ tərəfindən araşdırma aparılır.
“Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası”
Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfərdən çox uşaq daimi dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə uyğun şəraitin yaradıldığı həmin müəssisələrdə hər bir uşağa fərdi qaydada yanaşılmaqla, onların dərk etmə, sosial və emosional bacarıqlarının inkişafı üçün sosial reabilitasiya yönümlü işlər də aparılır.
Prezident qayğısının əyani təzahürü
Ölkəmizdə yeni sosial xidmət müəssisələrinin, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin yaradılması ölkəmizdə müvafiq qruplardan olan şəxslərə Prezident qayğısının əyani təzahürü olmaqla, sosial təminat sisteminin əhatə dairəsinin daha da genişləndiyini göstərir.
Bakının brend mağazalarında niyə Azərbaycan MAHNILARI SƏSLƏNDİRİLMİR? - ARAŞDIRMA
Yəqin ki, şəhərdə yerləşən brend mağazalara baş çəkmisiniz. Həmin dükanlara girəndə Kambocadan olan hansısa bir ifaçının mahnısını eşidirik. Xoşumuza gəlir, açırıq “Shazam”ı səsini ilk dəfə eşitdiyimiz birini “search” edirik və beləliklə, bu müğənninin bir mahnısını axtararkən onun ümumi sənətindən, digər əsərlərindən xəbərimiz olur. Vasitəçi kim oldu? Tişört almağa girdiyimiz həmin bu brend mağaza...














